Tokayevə sui-qəsdin qarşısı alınıb
Saxlanan şübhəli xarici kəşfiyyata işləyib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
SSRİ 10-12 ilə “diriləcək”
“Ekspert.ru” saytından ilginc təhlil: “Amma Azərbaycan yeni ittifaqda olmayacaq”
-
Aprelin 3-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi prezident Qasım-Comərt Tokayevə sui-qəsd hazırlayan ölkə vətəndaşının həbs edildiyini açıqlayıb.
Məlumatda iddia olunur ki, saxlanan şübhəli xarici kəşfiyyata işləyib və onun vəzifələrindən biri “cəmiyyətdə rusofob fikirlər yaratmaq” və Rusiya əleyhinə təbliğat yaymaq olub.
“Kazinform” dövlət agentliyi Təhlükəsizlik Komitəsinə istinadla yazır ki, şübhəli digər məmurlara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları törətməyi planlaşdırırımış. Xəbərdə o da iddia olunur ki, saxlanılan şəxs xarici dövlətin tapşırıqlarını yerinə yetirdiyini etiraf edib.
Saxlanılan şəxsin hansı ölkəyə işləyə biləcəyi açıqlanmır. “Kazinform” ölkənin paytaxtında həbs edilərkən şübhəli şəxsdən götürüldüyü iddia edilən nağd ABŞ dolları və snayper tüfənginin fotoşəkillərini yayıb.
68 yaşlı Tokayev 2019-cu ildə keçirilən növbədənkənar seçkidə ilk prezident seçilib. O, müxtəlif vaxtlarda ölkənin baş və xarici işlər naziri olub. Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin istefasından sonra dövlət başçısı səlahiyyətlərini icra edib.
2022-ci ilin yanvarında Qazaxıstanda iğtişaşlara çevrilən kütləvi etirazlar olub. İğtişaşları yatırmaq üçün Tokayev Moskvanın dəstəyindən istifadə edib. Ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi bölmələri yeridilib.