vaxtlı-vaxtında oxuyun! Şənbə, 1 oktyabr 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
14:40 | 4 may 2022 | Çərşənbə Məqaləyə 1185 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2022 – Böyük Qaydışın başlanğıc ili

İşğaldan azad olunmuş ərazilərdə kənd və qəsəbələrin salınmasına başlanılır

Vüqar BAYRAMOV

Yaxın vaxtlarda işğaldan azad edilmiş bir neçə rayonun kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasına başlanacaq. Artıq bu məqsədlə 21 yaşayış məntəqəsinin layihələndirilməsi işlərinin həyata keçirilməsi üçün tenderə yekun vurulub.

Artıq Zəngilanda inşa edilən ilk ağıllı kənd məskunlaşmaya hazırdır. 2022-ci il Azərbaycan tarixinə Böyük Qaydışın başlanğıc ili kimi düşəcək. Zəngilanın Ağalı kəndində 250 ailənin, Füzuli rayonun Dövlətyarlı kəndində isə 450 ailənin məskunlşacağı gözlənilir.

Eyni zamanda, qeyd olunan kənd və qəsəbələrin inşası və yenidən qurulmasına yaxın zamanlarda başlanacaq. Artıq bu məqsədlə layihələşdirmə və bəzi yaşayış məntəqələrinin inşası üçün dövlət büdcəsindən maliyyə də ayrılıb. Ağdam, Cəbrayıl və Füzulidə rayon mərkəzlərinin yenidən qurulması ilə bağlı ilkin yaşayış binalarının inşası və layihələndirməsi işləri də sürətli şəkildə həyata keçirilir. İlkin yaşayış məntəqələri yerləşəcək ərazilərimizin minalardan təmizlənmə işləri başa çatdırlsa da bütövlükdə minaların sayının çoxlu məskunlaşma üçün əsas çətinliklərdən hesab olunur.

2021 və 2022-ci ildə işğaldan azad edilən ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Artıq o vəsaitin yarıdan çoxu infrastrukturun formalaşması üçün istifadə olunub. 2022-ci ildə də 2.2 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Bütövlükdə işğaldan azad edilən ərazilərimizdə infrastrukturun qurulması, məskunlaşma ilə bağlı həyata keçirilən işlər daxili maliyyə mənbələrinin hesabına reallaşdırılır.

Ümumən işğaldan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra təxminən 5 milyard manata yaxın yeni dəyər qazandıracaq. Bu isə Azərbaycan iqtisadiyyatının təqribi 8 faiz əlavə olaraq formalaşmasına imkan verəcək. İnfrastrukturun qurulması və məskunlaşma prosesindən sonra artıq işğaldan azad edilən ərazilərimizin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesi başlayacaq. Bu da təbii ki, iqtisadiyyatımızın inkişafı baxımından vacib amil hesab olunur.