vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
11:19 | 10 may 2022 | Çərşənbə axşamı Məqaləyə 813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəhəng miqyaslı strateq ...

... Yaxud Azərbaycanın müstəqilliyini möhkəmləndirəcək xarici siyasətin banisidir

Rövşən İBRAHİMOV

Prezident Heydər Əliyev bir fürsət idi ölkəmiz üçün. Ola da bilərdi, olmaya da. Bəxt elə gətirdi ki, bizdə oldu. Fərqi digər Post-Sovet ölkələrlə vəziyyəti müqayisə edəndə, görürsən ki, böyük bir tarixi fürsət idi.

Dəfələrlə müşahidə etmişəm ki, onun dövründə Azərbaycan digərlərin yanılıb, öz üzərlərində təcrübə etdiyi səhvləri etməyib. Bunun səbəbi, həmin səhvlərin nə ilə nəticələnə biləcəyini yaxşı bilməsi idi.

Heydər Əliyev erudit idi, geniş dünya görüşünə malik. Ümumiyyətlə, gələcək siyasişünaslara və elə hamıya onun çıxışlarını qulaq asmağa tövsiyə edərdim. Bütün çıxışlar, məzmunlu, dərin düşünülmüş, məntiqli idi. 

Misal üçün, fürsət düşmüşkən, Heydər Əliyevin məşhur sözü, hər yerdə istifadə olunur: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!”. Bu şəkildə söz bugünkü gündə mənfi milliyyətçilik obrazını yaradır. Amma bu Heydər Əliyevin günahı deyil, bunu bu vəziyyətə salanlardadır.

Prezident Əliyev bu sözü, diaspora azərbaycanlılarla çıxışda istifadə edib və əslisi budur: “Hər bir insanın öz milli mənsubiyyəti qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

Razılaşın ki, burada məna tamam fərqlidir. Səhv başa düşünməsin deyə, fikrini ilk öncə şərh edir.

Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirəcək xarici siyasətin banisidir. Bu gün hamı görə bilir ki, balaca dövlət olmağımıza baxmayaraq, region dövlətləri ölkəmizə qarşı nəyəsə nail ola bilmirlər.

Heydər Əliyev uğurlu şəkildə başlayan və həyata keçirilən enerji strategiyasının banisidir. Bu strategiya Azərbaycanı regional əhəmiyyətli aktor edib.

Heydər Əliyev Qarabağ regionun azad olunması üçün müəyyənləşdirilən siyasətin banisidir. Həmin strategiyanı izləməklə Azərbaycan yeganə ölkədir ki, status-quonu dəyişə bilib və digər ölkələrin səhvini təkrarlamayıb. 

Heydər Əliyev regiondakı bir sıra meqa-layihələrin memarıdır.

Heydər Əliyev dövründə hər şey əla, idealmı olub?

 Xeyr, olmayıb, ola da bilməz idi:

Çünki

– dövlətlər qısa müddətli dövrdə formalaşmır, 10 ildə bunu etmək mümkün deyildi. O makro və meqa planda işlərin bünövrəsini qoyurdu. Əsas da odur.

– ənənəvi cəmiyyətdən çıxmamış, modernizasiyanı tamamlamamış bir cəmiyyətin lideri idi, bu da həqiqətləri özündə əks etdirirdi.

– Azərbaycanın sadəcə Rusiya yox, həm də İran kimi baş ağrısı var, coğrafiyanın xüsusiyyətləri də vəziyyətə təsir edirdi.

Çox danışmaq olar, amma qısacası: peşəkar və nəhəng miqyaslı strateq.