vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNEY  
14:16 | 17 may 2022 | Çərşənbə axşamı Məqaləyə 658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Can boğaza yığılmış”

Təbriz küçələrinin divarlarında iqtisadi vəziyyətə etiraz şüarları yazılıb

Təbrizdə milli fəallar ölkədə böhranlı iqtisadi vəziyyətlə əlaqədar divarlara etiraz şüarları yazıb.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, son aylarda ölkədə və İran Azərbaycanında iqtisadi vəziyyətin son dərəcə pisləşməsinin ardınca milli fəallar Təbriz şəhərində divarlarda etiraz şüarları yazaraq, ölkənin iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlı xəbərdarlıq veriblər.

Təbrizdəki milli fəalların “bıçaq sümüyə dayanmış, can boğaza yığılmış” və “səsimizə səs ver ay millət, çıxış bu gün sabahdır” şüarları şəhərin izdihamlı məhəllələri və küçələrinin divarlarında yazılıb.

Son həftələrdə ölkədə iqtisadi vəziyyətinin pisləşməsi və bəzi əsas qida məhsullarının qiymətində həddindən artıq artım İranın müxtəlif şəhərlərində etiraz aksiyalarının keçirilməsinə gətirib çıxarıb.

Mayın 13-də Ərdəbil şəhərində etiraz aksiyasından sonra İran Azərbaycanının digər şəhərlərində də təhlükəsizlik qüvvələrinin şəhər mərkəzlərində yerləşdirildiyi müşahidə olunur. Sosial mediada yayımlanan videolarda Ərdəbil və Təbrizdə çevik qüvvə polisinə aid maşınların şəhərin mərkəz bölgələrində olduğu müşahidə edilib.

Son bir həftədən bəri İranın Xuzistan vilayətində başlayan etiraz aksiyaları indiyədək ölkənin digər 8 vilayəti və 21 şəhəri əhatə edib.

“Birləşmiş Ştatlar iranlıların zorakılıq və ya əsassız həbsdən qorxmadan dinc toplaşmaq və özünü ifadə vermək hüququnuzu dəstəkləyir”, Amerikanın Səsinin Fars xidməti cümə günü Dövlət Departamentinin sözçüsünə istinadən məlumat verib.