Ağ Evin Xəzər strategiyası
ABŞ Avropa Komandanlığının Bakıya göndərdiyi missiya
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Azərbaycan mühüm rolunu məsuliyyətlə yerinə yetirib”
Robert Sekuta: “Rusiya illər ərzində uzanmış münaqişələrdən təsir göstərmək məqsədilə istifadə edib”
-
“Humanitar və enerji yardımı vacib ismarış verir”
“Qarşıdan gələn illərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq”
-
Blinken Əliyevə zəng edib
Dövlət katibi prezidentlə söhbətində Azərbaycan-Ermənistan danışıqları və enerji məsələlərindən razılığını bildirib
-
Entoni Blinken İlham Əliyevə zəng edib
ABŞ dövlət katibi və Azərbaycan Prezidenti Brüssel görüşünü müzakirə edib
-
Ağ Ev nə istəyir?
Okeanın o tayından Əliyevə gələn zəng
-
Yeni səfirin üstünlük verəcəyi istiqamətlər
Litzenberqer iki sahənin bilicisidir
-
Kent Boltonun Bakıya səfərini hazırladı
ABŞ-lı qonaq 4 mövzudan danışdı
-
«BTQ inteqrasiyaya kömək edəcək»
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
-
«Azərbaycan ABŞ-ın diqqətindədir»
Səfir: «İki ölkə münasibətlərində enerji məsələləri əhəmiyyətli yer tutur»
-
Amerikalıların kəşf etdiyi istedad
ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyində Stravelli-Əhmədov dueti
-
«Azərbaycan çox unikal ölkədir»
Robert Sekuta: «Güclü kommersiya bazası formalaşıb»
-
«Bakı Vaşinqton üçün önəmli tərəfdaşdır»
Asim Mollazadə: «ABŞ üçün Azərbaycanın önəmi tarixi və dəyərləri ilə bağlıdır»
-
«Demokratiyanı ixrac etmək olmaz»
Asim Mollazadə: «ABŞ-ın daxili siyasətində SSRİ-ni bərpa etmək xülyası ilə yaşayan qüvvələr fəallaşıb»
-
«Əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib»
İlham Əliyev Donald Trampı təbrik etdi
-
Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açılır
Millət vəkillərinin qənaətincə, Trampın fikirləri çox ciddi gedişlərin anonsu kimi dəyərləndirilə bilər
-
ABŞ-Azərbaycan münasibətlərinin yubileyinə möhtəşəm ifa
Sevda Ələkbərzadə və Qabrielle Stravellinin caz ifası hamını heyrətə salacaq
Qlobal teatrda çəkişmə-qarşıdurma prinsipləri ilə davam edən kəskin rəqabət Xəzər regionuna da sıçrayır. Onsuz da zəngin resursları olan Xəzər dənizi uğrundakı mübarizənin tarixi-fundamental kökləri mövcuddur və indiki rəqabət də həmin köklərin mirasıdır.
Dünyanın supergücü Amerika Birləşmiş Ştatları özünün enerji və təhlükəsizlik maraqları səbəbilə Xəzər regionuna fövqəladə əhəmiyyət verir, təbii ki, okeanın o tayından Xəzərə dikilən baxışlar Rusiyanın aqressiv, İranın təlaşlı nəzərləri ilə toqquşur.
Kəsişən maraqlarda Ağ Ev özünə yeni geosiyasi reallıqlara uyğun olaraq partnyorlar axtarır və ya mövcud əməkdaşlığın həcmini genişləndirmək üçün strategiya ortaya qoyur.
Heç də qəribə və təəccüblü gəlməməlidir ki, ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyəti Bakıda səfərdədir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin həmin səfərlə bağlı yaydığı məlumatda qeyd olunur:
“ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı tədbirlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur”.
Səfərin məqsədi ABŞ-ın Azərbaycanla Xəzər regionundakı maraqlarını strateji tərəfdaşlıq səviyyəsinin fövqünə qaldırmaqdır, çünki Avropa Komandanlığının məramı elə tərəfdaşlarla uğurlu birləşməni təmin etməkdir.
Bu məramdakı hədəflər elə incə mexanizm üzərində qurulur ki, qlobal əməliyyatlar Qərbin və İsrailin maraqları çərçivəsində təşkil edilsin, həm transmilli təhdidlər aradan qaldırılsın, həm də Rusiya üçün çəkindiricilik platforması formalaşdırılsın.
İsrail amili ilə qısa vurğu: İsrail də Xəzərin təhlükəsizliyində çox maraqlıdır.
Görünür ki, Rusiya-Ukrayna müharibəsi ABŞ-ın regiondakı maraqlarını kommersiya xarakterli girovluqdan çıxarır və iqtisadi maraqlar böyük geostrateji maraqlar kontekstində inkişaf etdirilir.
Çoxməqsədli kombinasiyanın böyük geosiyasi komponentləri var və ABŞ-ın Mərkəzi Asiya bölgəsi istiqamətinə əhəmiyyətli pəncərələr açmaq istəməsi aydın sezilir.
Hərçənd ki, burada güc balansı yaratmaq cəhdləri Rusiya və İranın müqaviməti ilə üzləşəcək və dominant axının hansı qüvvəyə tərəf gedəcəyini müəyyən etmək çətinləşəcək.
Bununla belə, Xəzəryanı ölkələr sırasında Azərbaycanın, Türkmənistanın və Qazaxıstanın enerji xəritələrindəki rolu və təhlükəsizlik çağırışları ABŞ-ın bu ölkələrə olan marağını getdikcə artıracaq.
Təbii ki, hər nə qədər münasibətlərində ziddiyyətlər olsa da, Qərb Türkiyəni də Xəzərə çəkir və ortaq maraqların inkişaf etdirilməsində səy göstərir.
Xəzərdə kəşf edilməmiş yataqlar və onların perspektiv istismarı regionun geosiyasi oriyentasiyasında açıqlanmayan mətləbləri çoxaldacaq.
ABŞ-ın Avropa Komandanlığının nümayəndələrinin Bakıya pənah gətirməsinin səbəblərini Ağ Evin qlobal maraqları fonunda yekununu belə təsnifatlandıra bilərik:
1. ABŞ Xəzər regionundakı açıqlanan və açıqlanmayan öhdəliklərinin icrasını sürətləndirir,
2. Vaşinqton Azərbaycanın enerji marşrutlarındakı həlledici rolunu nəzərə alaraq iqtisadi baxışlarını hərbi-siyasi maraqlarla uyğunlaşdırır.
Aqşin KƏRİMOV