vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
15:21 | 8 iyun 2022 | Çərşənbə Məqaləyə 937 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AZALmayan sədd...

Yüksək bilet qiymətləri turizmin qənimidir

Natiq CƏFƏRLİ

“Formula-1” heç bir ölkəyə birbaşa qazanc gətirmir, amma iş doğru təşkil olunanda iqtisadiyyatda mutiplikativ effekt yaradır, ölkənin tanıtımı maddiləşir, turizm və investor axını artır ki, bu da biznesin qazanmasına, daha çox qazandıqca ödədiyi verginin həcminin artmasına səbəb olur – ölkələr məhz belə pul qazanırlar.

Bizdə əhalinin bu yarışa neqativ münasibəti tək şəhərin iflic olmasına, yolların bağlı, saatlarla tıxacların yaranmasına görə deyil, həm də ona görədir ki, bu yarış zamanı və yarışdan sonra yaranmalı olan tanıtıma görə pul qazanmırlar.

“Formula-1” çox populyar yarışdı, dünyada 500 milyona yaxın azarkeşi var, deməli ölkələr üçün tanınmağın artmasına yaxşı şərait yaranır. Doğru siyasətlə bu tanıtım maddiləşməlidir – turizm artır, hər turist bizim kimi ölkələrdə ortalama həftəyə ən azı 500 dollar pul xərcləyir. Bu vəsait biznesə gəlir kimi daxil olur, biznesin də vergi öhdəliyi artır və nəticədə büdcə də qazanır.

Bizdə turizmin qarşısında ən böyük sədd “AZAL”dır, belə yüksək bilet qiymətləri turizmin qənimidir, həm də ona görə “Formula-1”in effektini görmürük.

Tanıtımın digər maddiləşməsi investisiyalar olmalıdır – bu sahədə də “sinifdə qalmışıq”, investisiya mühiti toksikdir, cəlbedici deyil, deməli tanıtımın bu “nemətindən” də istifadə edə bilmirik.

Beləliklə, əhalinin narazılığının kökü məhz, “Qızınmadıq istisinə, kor olduq tüstüsünə”, yanaşmasındandır və camaat tam haqlıdır...