vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
16:29 | 14 iyul 2022 | Cümə axşamı Məqaləyə 701 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ekoloji fəlakət türk düşmənlərinin işinə yarayır

Kürd millət vəkili Urmiya gölünə su çəkilməsinə qarşı çıxıb

CAVİDAN

Güney Azərbaycanın qərbindəki Xana (Piranşəhr) şəhərindən İrana parlamentinə təyin olunan kürd dilli millət vəkili Kamal Hüseynpur Urmu gölünün bərpası layihəsi çərçivəsində Zab çayından su çəkilişinə qarşı çıxıb.

O, Urmiya Gölünün Bərpası Qərargahının fəaliyyətinin səmərəsiz olduğunu bəhanə gətirərək Zab çayından gölə su buraxılmasının mənasız olduğunu iddia edib.

“Gölə suötürücü tunelin tikintisindən sonra Piranşəhrdə yeraltı suların səviyyəsi azalıb, bulaqlar və quyular quruyub. Bir neçə onilliklər ərzində əkinçiliklə məşğul olan piranşəhrlilər bu gün bir çox problemlərlə üzləşiblər.

Piranşəhrlilər niyə bu böhranla üzləşməlidirlər?”, – deyə, Kamal Hüseynpur İran parlamentindəki çıxışında bildirib.

O, Urmiya gölünün bərpasına müsbət yanaşmalarına baxmayaraq, Zab çayından su çəkilişinin qəbul edilməz olduğunu söyləyib.

Bundan bir müddət öncə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərinin kürd millət vəkili Cəlal Mahmudzadə də bölgədə olan su anbarlarından Urmiya gölünə su ötürülməsinə etiraz etmişdi.

Qeyd edək ki, Kamal Hüseynpurun iddia etdiyi tuneldən bu günə kimi Urmiya gölünə bir damcı belə su ötürülməyib və layihə yarımçıq qalıb.

Urmiya gölünün quruması nəticəsində baş verən ekoloji fəlakət bölgənin türk əhalisinin köçünün sürətlənməsinə səbəb olacağı üçün bu, Tehran hökuməti ilə yanaşı Güney Azərbaycanın qərb torpaqlarına iddia edən və burada yerləşmək istəyən kürdlərin də işinə yarayır.