Xanbalıqdan Xankəndinə ...
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
12:30 | 19 sentyabr 2022 | Bazar ertəsi
Məqaləyə 2263 dəfə baxılıb
Şriftin ölçüsü
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
Si Cinpinin varisi kim olacaq?
Trampın Çindən tələbləri
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
Dünyanın ən hündür körpüsü açıldı
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
İqtisadiyyatdakı göstəricilərin əksəriyyəti gözləntiləri qarşılamadı
Ekspertlər siyasəti günahlandırır
Çin Filippinlə ərazi mübahisəsində olduğu hövzəni milli təbiət qoruma zonası adlandırdı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Dünya Səhiyyə Təşkilatı koronavirusun miqyasının azalmasına dair optimist proqnoz verib. ABŞ prezidenti Co Bayden də koronavirus pandemiyasının geridə qaldığını bildirib. Ancaq koronavirusun başlanğıc nöqtəsində – Çində vəziyyət yenə mürəkkəbdir. “Bloomberg” agentliyinin məlumatına görə Çində virusa yoluxma halları artdıqca, ölkə daxilində səyahətlər məhdudlaşdırılıb. Çinin 7 əyalət paytaxtı olmaqla 33 şəhərində ciddi COVİD qadağaları mövcuddur. Məhdudiyyətlər əhalisi milyonlarla sakini olan şəhərlərə də aiddir. Çinlilər ölkə daxilində səyahətlərə üstünlük verirlər. Ancaq hazırkı şərtlər daxilində bu mümkün deyil.
Bu arada, Çin Kommunist Partiyası qurultaya hazırlaşır. 5 ildən bir keçirilən qurultayda Si Tsinpinin yenidən partiyanın və ölkənin liderin seçiləcəyi bildirilir. Si Tsinpin virusla mübarizəni yenidən sərtləşdirməklə qurultaya qədər virusun yayılmasının qarşısını almaq istəyir. Si Tsinpin virus təhlükəsinə ciddi yanaşır. Misal üçün Çin lideri Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən zirvə toplantısında həmkarlarından maska taxmalarını xahiş edirdi. Heç zaman maska taxmayan Belarus prezidenti Aleksandr Lukaşenko Si Tsinpinlə görüşdə qaydalara riayət etmək məcburiyyətində qaldı.
Çində sentyabrın 5-də baş verən zəlzələ çinlinlərin təhlükəli bölgələləri tərk etməsini məhdudlaşdırıb. Zəlzələyə baxmayaraq, çinli rəsmilər karantin şərtlərini yumşaltmayıblar. Əksinə, qadağalar daha da sərtləşdirilib, bu da sakinlərin işini və dolanışıq vasitələrini itirməyə meylli olduqları üçün sıxıntıya səbəb olub. Sosial şəbəkələrdə çinlilərin “bizdən dağılmış evlərdə qalmağı tələb edirlər” kimi statusların sayı çoxalıb. Çinlilərdən biri “düşünürəm ki, binanın içərisində ölsəm, yaxşı olar, heç olmasa yoluxmaram” yazaraq mövcud vəziyyətə istehza edib.
Çin rəhbərliyi hesab edib ki, zəlzələ nəticəsində başqa bölgələrə köçmək istəyənlər virusu digər ərazilərə yaya bilərlər. Zəlzələ nəticəsində 80-ə yaxın insanın həlak olub. Evləri zərər görən çinlilər yerdəyişmədən əvvəl COVİD testi vermək məcburiyyətində qalıblar. Çində artan məhdudiyyətlər bir qrup çinli ilə polislər arasında toqquşmalara səbəb olub.
Beynəlxalq “Human Rights Watch” təşkilatı zəlzələ qurbanlarının acınacaqlı durumu və Çindəki sərtləşən məhdudiyyətlərdən narahatlığını ifadə edib. Pekinin ölkə içində tətbiq etdiyi “sıfır COVİD” insan haqlarının məhdudlaşdırılması kimi qiymətləndirilib. Hadisələrin gedişatı göstərir ki, “sıfır COVİD” problemi həll etmir, sadəcə virusun yayılmasını müvəqqəti ləngidir.