Çində qadağan olunmuş sual
Si Cinpinin varisi kim olacaq?
10:58 | 26 sentyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1787 dəfə baxılıb
Şriftin ölçüsü
Si Cinpinin varisi kim olacaq?
Trampın Çindən tələbləri
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Dünyanın ən hündür körpüsü açıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Çində hakimiyyət çevrilişi haqqında sosial şəbəkələrdə müxtəlif xəbərlər yayıldı. Məlum oldu ki, bu xəbərləri Qərb ölkələrində siyasi sığınacaq alan çinli dissidentlər yayıblar. Çin lideri Si Tsinpinin ev həbsinə alınması barədə xəbərlər təsdiq olunmadı. Buna baxmayaraq, bu tip xəbərlərin yayılması rəqiblərinin Si Tsinpinə qarşı informasiya müharibəsinin tərkib hissəsi sayıla bilər.
Çin Kommunist Partiyasının növbəti qurultayı oktyabrın 16-da keçiriləcək. “New York Times” dərgisinin yazdığına görə qurultayda böyük dəyişikliklər gözlənilmir. Çin Kommunist Partiyasının qurultayı hər beş ildən bir keçirilir. Qurultay ölkənin sabit inkişafı və hakimiyyətin davamlılığına səs verəcək. Ölkənin hazırkı lideri Si Tsinpin üçüncü dəfə baş katib seçiləcək. Halbuki, Si Tsinpindən əvvəlki rəhbərlər partiyaya 2 dəfədən çox rəhbərlik etməyin əleyhinə idilər. Buna baxmayaraq, baş nazirin dəyişdiriləcəyi gözlənilir.
Partiyanın Mərkəzi Komitəsinin qurultaydan əvvəl oktyabrın 9-da plenumu keçiriləcək. Adətən qurultaylar arasındakı 5 il müddətində Mərkəzi Komitənin 7 plenumu keçirilir. Plenumda Si Tsinpin Mərkəzi Komitə üzvləri qarşısında çıxış edəcək, qurultay məruzəsinin əsas tezislərini səsləndirəcək. Plenum Mao Tsedunun ideyalarına, Den Syaopinin inkişaf nəzəriyyəsinə və Si Tsipinin inkişaf platformasına sadiq qalacağını təsdiq edəcək. Qurultaylarda tənqidə yer yoxdur. Ona görə də kiminsə, hansısa tezisə iradı varsa, bu plenumda səslənməlidir. Ancaq Mərkəzi Komitə üzvlərindən kiminsə Si Sinpinin daxili, xarici və təhlükəsizlik siyasətinə qarşı çıxış edəcəyi proqnozlaşdırılmır. Halbuki, Çinin bəzi oliqarxları Pekinin ABŞ-la qarşıdurmasının yanlış olduğunu düşünür, bunun onların kapitallarına və investisiyalarına mənfi təsir etdiyi qənaətindədirlər.
Çin Kommunist Partiyası yeniliklərə etibar etmir. Pekin SSRİ-nin taleyini yaşamaqdan çəkinir. Çin Kommunist Partiyasının rəhbərliyində indi də hesab edirlər ki, SSRİ-də yeniqənqurma illərində tənqidlərin səslənməsinə imkan verilməsi ölkənin dağılmasına səbəb oldu. Si Tsinpin SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun “səhvini” təkrarlamaq istəmir.
Çin ciddi çağırışlarla üz-üzədir. Pekinin Tayvan adasına görə Vaşinqtonla münasibətləri gərgindir, qonşuları Hindistan, Vyetnam, Yaponiya və Avstraliya Çinin artan hərbi gücündən narahatdırlar və bölgədə silahlanma prosesi geniş vüsət alıb. Buna baxmayaraq, Çin Kommunist Partiyasının qurultayında xüsusi olaraq başqa dövlətlərin adının çəkiləcəyi ehtimal edilmir.