vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
11:28 | 6 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1667 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın ən ağıllı fotosu

Bəşəriyyət bu gün bir çox şeyi məhz bu dahilərə borcludur

İbrahim NƏBİOĞLU

Solvey (Solvay) Konfransı xatirə şəklinin çəkilməsindən 95 il keçir. Fotoda Dünyanın ən parlaq 29 dahisini görürük. Onların içində fizika və ya kimya üzrə 16 Nobel mükafatçısı var.

Maria Küri (Sklodowska-Curie) isə 2 dəfə Nobel laureatı olub.

Hər bir konqres müxtəlif dövrlərdə alimlərin diqqət mərkəzində olan fizika və kimya elminin aktual fundamental problemlərinin müzakirəsinə həsr olunur. Belçikalı alim və sənayeçi Ernest Solvayın şəxsi təşəbbüsü və vəsaiti hesabına keçirilən Birinci Solvay Konqresi (Conseils Solvay) 20-ci əsrdə fizikanın inkişafında dönüş nöqtəsi hesab olunur.

6 oktyabr 1927-ci ildə Brüsseldə keçirilən 5-ci Solvey Konfransının adı “Elektronlar və Fotonlar” idi. Əsas məruzəni alman alimi Verner Heyzenberq (Werner Heisenberg) etmişdi.

Lakin konfrans iki möhtəşəm zəka – nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteyn ilə kvant mexanikasının banisi sayılan danimarkalı nəzəri fizik Nils Bor (Bohr) arasında keçən qızğın və həyəcanlı elmi mübahisələrlə yadda qalmışdır.

Bu fotodakı insanların üzlərindəki nura, əzmə və gələcəyə ümiddolu baxışlara baxın. Bəşəriyyət bu gün bir çox şeyi məhz bu dahilərə borcludur.

Üst sıra (soldan sağa): Ogüst Pikar (Auguste Picard), Emil Enrio (Emile Hanrio), Pol Erenfest (Paul Ehrenfirst), Eduard Herzen (Eduard Herzen), Teofil de Donder (Theophile de Donder), Ervin Şerdinger (Erwin Schrödinger), Jül-Emil Verşaffelt (Jules Emile Verschafelt), Volfhanq Pauli (Wolfgang Pauli), Verner Heyzenberq (Werner Heisenberg), Ralf Hovard Fauler (Ralph Howard Fowler), Leon Brillüen (Léon Brillouin)

Orta sıra: Piter Debay (Peter Debye), Martin Knudsen (Martin Knudsen), Vilyam Lorens Braq (William Lawrence Bragg), Hendrik Entoni Kramers (Hendrik Anthony Kramers), Pol Dirak (Paul Dirac), Artur Kompton (Arthur Compton), Lui de Broyl (Louis de Broglie), Maks Born (Max Born), Nils Bor (Niels Bohr)

Aşağı sıra: İrvinq Lengmür (Irving Langmuir), Maks Plank (Max Planck), Mariya Skłodovska Küri (Marie Skłodowska Curie), Hendrik Lorens (Hendrik Lorentz), Albert Eynşteyn (Albert Einstein), Pol Lanjeven (Paul Langevin), Şarl-Ejen Qaye (Charles-Eugène Guye), Çarlz Tomson Riz Vilson (Charles Thomson Rees Wilson), Oven Vilyans Riçardson (Owen Willans Richardson).


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)