vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
13:43 | 12 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1809 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heç bir məhdudiyyət yoxdur”

Əhməd İsmayılov: “Bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Yaxın günlərdə Media Reyesteri tam fəaliyyətə başlayacaq”. Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentlik ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumunun imzalanması zaman deyib.

O qeyd edib ki, ötən gün Baş nazir Əli Əsədov “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nı təsdiq etdi. “Bununla da islahatların normativ-hüquqi bazası təmin edilmiş oldu. Normativ-hüquqi baxımdan yalnız uyğunlaşdırılmalı olan sənədlər var ki, bunun üzərində də işlər aparılır”, – deyə Ə.İsmayılov əlavə edib.

İcraçı direktor qeyd edib ki, Media Reyestrində qeydiyyatdan keçən jurnalistlərə verilən vəsiqə onlar haqqında reyestrə məlumatların daxil edilməsinin təsdiqidir: “Jurnalistlər Media Reyestrində qeydiyyatdan keçməkdə sərbəstdirlər. Bu o demək deyil ki, qeydiyyatdan keçməyən jurnalistlər işləməyəcək, yəni heç bir məhdudiyyət yoxdur, jurnalist öz fəaliyyətinə davam edəcək. Təəssüflər olsun ki, bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açırlar”.