vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
21:18 | 18 oktyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1047 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Döyüşün gedişatını dəyişən PUA-lar ...

... Yaxud Xudafərin körpüsü necə azad edildi?

MÖVZU İLƏ ƏLAQƏLİ

18 oktyabr... Vətən müharibəsinin 22-ci günü. Səhər saatlarından aldığımız xoş xəbərlər 1 gün əvvəl dağ çəkilmiş ürəyimizə sanki su səpdi. Təsəvvür edin, Gəncə faciəsinə səbəb olan raket qurğuları artilleriya bölmələrimiz tərəfindən darmadağın edilirdi. “Harop” və “Bayraktar”lar düşmən hədəflərini məhv etmək üçün sanki yarışırdılar. Bütün bu əməliyyatlar fonunda isə xalq olaraq ordumuzdan şad xəbərlər gözləyirdik. Və oldu da. Günün ən böyük müjdəsinı aldıq, tarixin bir parçası olan Xudafərin körpüsü artıq azad idi. Tanrıya min kərə şükür edib, qəhrəmanlarımıza afərin dedik.

17 oktyabrda Gəncəni terrorla qana bulayan “Elbrus” raketi yenidən mövqelənir.

Ermənistan ərazisindən yenidən atəşə hazırlanan ballistik raket qısa zamanda müşahidəyə götürülərək məhv edilir.

Qarabağ ərazisində raket komplekslərini yerləşdirməyə qorxan düşmən, texnikalarını Ermənistan ərazisində gizlətməyə çalışır. Məhv edilən 8 uzaqmənzilli raketin 7-si məhz Ermənistan ərazisində yerləşdirilmişdi. Texnikaların dövlət sərhədinə maksimum yaxın mövqeləndirilməsi daha geniş arealda hədəflənməyə imkan verirdi. Lakin mülki şəxsləri hədəf alan bu raketlər harada yerləşdirilmələrindən asılı olmayaraq, məhv edilir.

“Harop”larla yanaşı, “Bayraktar”lar da səma xəttinin dərinliklərində öz işini görür.

Elə həmin günlərdə Müdafiə Nazirliyi bir görüntü yayır. Videonun ilk saniyələrində görünür ki, “Bayraktar” hədəfə vurmur. O, sanki son qurbanının da texnikaya minməsini gözləyir.

Bütün bu hərbi əməliyyatlara paralel şəkildə cənub cəbhəsindən daha bir şad xəbər gəlir. (Xezerxeber.az)