vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:28 | 9 noyabr 2022 | Çərşənbə Məqaləyə 733 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Leninvari” gözdənsalmalar ...

... “Yaşıl ekstrimizm”, və ya “eko-faşimzin” fəsadları

Natiq CƏFƏRLİ

Dünyada çox vacib problemlərdən biri ekologiyadır, Planetimizi yaşanabilir halda saxlamaq bu gün insanlıq qarşısında ən böyük çağırışlardan biridir. Ekoloji problemlərlə iqlim dəyişiklikləri məsələsini bir-birindən ayırmaq lazımdır, anlayıram ki, bir-biri ilə bağlı məsələlərdir, amma iqlim dəyişikliyi daha fundamental elmi yanaşma, dövlətlərin birgə qərarlarını tələb edir, ekoloji məsələlər isə daha çox dünyada yaşayan vətəndaşlardan da asılıdır. Vətəndaş olaraq çay-göl-dəniz-okeanları zibilləməyək, ağac kəsməyək, davranışlarımızı “yaşıllaşdıraq”, harada iqtisadi səmərə və məntiq varsa, evlərimizdə, iş yerlərimizdə bərpaolunan enerjiyə keçək – bütün bunlar 21-ci əsrin mədəni insanının davranış qaydalarının tərkib hissəsi olmalıdır.

İqlim dəyişikliyi məsələsi isə siyasətçilərin, əsasən də “sol-psevdoliberal”, radikal “yaşıl” nümayəndələrinin əlində alətə siyasi “silaha”, elmi və futuroloji yanaşmanı kənara qoyub siyasi manipulyasiya alətinə çevrilir və bu hərəkatın nümayəndələri son zamanlar atdığı addımlarla, açıqlamalarla, aksiyalarla əsl eko-hərəkata ziyan vurur, hətta nifrət yaradırlar.

Son aylar dünyanın bir çox muzeylərində “eko-faşistlər” barbarcasına rəsm əsərlərinə ziyan vurmağa çalışırlar, mağazalara girib süd məhsullarını yerə tökürlər, bununla da, guya, ekologiya məsələlərini gündəmə gətirməyə çalışırlar. Halbuki, belə davranış ağlı başında olan milyardlarla Dünya sakininin qəzəbinə, nifrətinə səbəb olmaqla yanaşı çox vacib olan ekoloji problemləri marginallaşdırır. 

Yəqin ki, “yaşıl hərəkatın” son illərdir önə çıxan “eko-ilahisi” Qreta Tunberq (Greta Thunberg) adlı xanımı xatırlayırsız, artıq həddi-buluğa çatıb deyə indi onu daha sərt tənqid etməyə haqqımız çatır, halbuki onu tənqid edənlər illərdir “sol-psevdo-liberal” elita tərəfindən topa tutulurdu, o qızla dünya liderlərinin görüşü təşkil edilərək reklam edir, “eko-bayrağa” çevirirdilər. Son günlər Qreta “leninvari” açıqlamalar verir, siyasi bəyanatlarla çıxış edir – adama deyərlər ki, 19 yaşında sən nə oxudun, nə öyrəndin, nə bilirsən ki, hələ bir kitab da yazırsan, görün son müsahibəsində nələr deyir. Sitat: “İrqçi kapitalist sistemi devirmək lazımdır. Biz bir daha heç vaxt normal vəziyyətə qayıtmayacağıq, çünki "normallıq" artıq böhran deməkdir. Bizim normal adlandırdığımız şey insanların və planetin istismarı üzərində qurulmuş ekstremal sistemdir. İndiki dünya nizamımızı formalaşdıran sərvət toplamaq üçün sözdə qlobal Qərb tərəfindən imperializm, zülm və soyqırımdır. Ona görə də kapitalizm sistemi devrilməli, siyasi elitalara qarşı üsyan qalxmalıdır”. 

Belə “eko-sol-bolşevizm və psevdoliberalizm” çox təhlükəlidir, bizi “eko-lockdown”lara, qapanmalara, haqq və hüquqlarımızın “ekologiya” bəhanəsi ilə məhdudlaşdırmağa aparan gedişatdır. Qretanın arxasında duran güclər ondan istifadə edərək dünyada resursların yenidən bölüşdürülməsi uğrunda “bolşevikcəsinə” mübarizə aparırlar, bununla da çox vacib və önəmli məsələ olan ekoloji problemlərin həllinə ən böyük ziyan vurmuş olurlar. Dünyanın “mainstream” mediasını ələ keçirən bu “yaşıl bolşeviklər” normal suallar verməyə, məsələləri elmi müzakirə etməyə də imkan vermirlər, bu yeni “yaşıl leninçilər” alternativ fikir söyləyənləri nüfuzdan salıb ictimai rəy yaradırlar.

Yeri gəlmişkən, dünyadakı radikal “sol-yaşılları” illərdir Kreml də maliyyələşdirirdi, onların əli ilə Avropada ekoloji olaraq təmiz enerji olan Atom Elektrik Stansiyalarını (AES) bir-bir sıradan çıxartdılar, Avropanı Rusiya enerji daşıyıcılarından daha asılı vəziyyətə saldılar – ekoloji problemlər adı altında öz AES-lərindən imtina edən Avropa indi çox ağır duruma düşdü, 2010-cu ildə AES-ləri ekoloji olaraq “çirkli” elan edən Avropa 2022-ci ildə baxışını dəyişib AES-ləri “yaşıl” elan etdi...