vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QARABAĞ  
14:16 | 20 noyabr 2022 | Bazar Məqaləyə 697 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

33 sahibkar 333 yeni iş yeri

Ağdama 110 milyonluq sərmayə qoyulur

VÜQAR

Bu gün Ağdamın işğaldan azad olunmasından 2 il keçir. Ərazisi 1094 kvadrat kilometr, əhalisi 200 minə yaxın olan Ağdam rayonu böyük iqtisadi potensiala malikdir.

27 il əvvəlki erməni işğalı bu potensialı həmin müddətdə məhv edib. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi. İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdir. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılıb. Ağdam rayonun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir. 

Təsdiq olunmuş Baş Plana əsasən, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də brend olub. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir. İnfrastruktur formalaşdıqdan sonra yalnız sənaye parkında deyil, digər istiqamətlərdə də investisiyaların cəlb edilməsi nəzərdə tutulur.

İşğaldan azad olunan Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verə biləcək. Rayon yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyur.  

Ötən əsrin 90-cu illərində Ağdam uğrunda gedən döyüşlərdə 6 minə yaxın vətəndaşımız şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. (Vaxt.az)