Qəhvəyi rəngli və anonim ...
24 saatda 4 ünvana göndərilib
İspaniyanın “La Sexta” telekanalı polis mənbələrinə əsaslanaraq, ABŞ-ın Madriddəki səfirliyinə günorta saatlarında şübhəli zərfin gəldiyini bildirib. Qeyd edilib ki, səfirlik rəsmiləri sözügedən zərfi İspaniyanın bomba zərərsizləşdirmə qrupu “Tedax”a göndərib və lazımi analizlərə başlanılıb.
Hələlik rəsmi açıqlama verilməyən hadisə ilə bağlı İspaniya mətbuatında yer alan xəbərlərdə sözügedən zərfin partlayıcı tərkibli digər zərflərlə eyni olduğu iddia edilib.
İspaniya hökumətinin təhlükəsizlik üzrə məsul dövlət katibi Rafael Peres keçirdiyi mətbuat konfransında bildirib ki, son 24 saat ərzində 4 ünvana partlayıcı maddə olan zərflər göndərilib, oxşar zərf isə noyabrın 24-də baş nazirin Madriddəki iqamətgahına göndərilib. Baş nazir Pedro Sançesə müraciət edib.
Peres bəyan edib ki, dünən Ukraynanın Madriddəki səfirliyinə, daha sonra isə Zaraqozadakı “İnstalaza” silah fabrikinə, bu gün səhər isə Madriddəki Torrejon de Ardoz hərbi bazasına və Müdafiə Nazirliyinin binasına göndərilən zərflər noyabrın 24-də baş nazirin iqamətgahına göndərilənin eynisi olduğu açıqlndı.
Bütün zərflərin qəhvəyi rəngdə olduğu, göndərənin adının qeyd olunmadığı, içərisində pirotexniki partlayıcı maddələrin olduğu, dəqiq olmasa da 5 zərfin hamısının İspaniya daxilindən göndərildiyinə dair izlərin olduğu açıqlanıb.
İçərisində partlayıcı maddələr olan zərflərdən sonra Daxili İşlər Nazirliyinin əmri ilə ölkədəki bütün xarici nümayəndəliklərdə və ictimai binalarda təhlükəsizlik tədbirləri gücləndirilib və əhali sakitliyə çağırılıb.