

Afrika ölkəsində terror təşkilatların siyasətinə xidmət edən radionun yayımı dayandırılıb
Afrikada keçirilən nüvə sınaqları səhranı böyüdüb
Fransa hələ də 9 adanı müstəmləkədə saxlayır
ABŞ “İslam Dövləti” ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edib
ABŞ-ın qırmızı xəttinin yaratdığı boşluqları Çin və Rusiya doldurur
Mülki şəxslərə hücumların sonuncu dalğasında 132 dinc sakin öldürüb
Cəmisi 5-10 milyon ildən sonra
Heyət tutulub, gəmi özü isə …
Həyatında bir dəfə olsa belə tamamilə fərqli dünyaya düşmək istəyənlər, gəzməyi, yeməyi sevənlər üçün ... (birinci yazı)
Somali - Qırmızı dənizdən Ədən Körfəzinə açılan nöqtə
İnkişaf etmiş ölkələrdəki kişilərində spermlərin sayı 60 faiz azalıb
Sərt siyasi xəttə görə investisiyaların azalması mümkündür
Pekinin əsl məqsədləri barədə biznes liderlərini düşündürən sualllar var
Yeni torpağın 95 faizi suyun altındadır
Nigeriyada 200, Keniyada 40-dan çox adam niyə öldü...
«Nyu York Times» qəzetində sensasion məqalə
Təxminən 220 milyon əhalisi olan Afrikanın ən böyük ölkəsi olan Nigeriyada hökumət ibtidai məktəbdə ingilis dili əvəzinə yerli dillərdən istifadə etmək qərarına gəlib. Bununla belə, 600-dən çox dilin danışıldığı ölkədə ingilis dilindən rəsmi dildən başqa təhsilin necə aparılacağı hələ planlaşdırılmayıb.
Noyabrın 30-da prezident Məhəmməd Buxari və nazirlər kabineti üzvlərindən ibarət Federal İcraiyyə Şurasının iclasından sonra açıqlama verən təhsil naziri Adamu Adamu, təfərrüatların qəbul edilmiş “Milli Dil Siyasəti” çərçivəsində daha sonra müəyyən ediləcəyini bildirib. Uşaqların məktəb həyatının ilk 6 ilində ana dilində təhsil almalarının onların uğurlarını artıracağını bildirən Adamu gələcəkdə tədris materiallarının hazırlanmasının və müəllimlərin necə hazırlanacağının planlaşdırılacağını bildirib.
Hausa dili və ingilis dili ilə yanaşı, fransız, ərəb və fars dillərini bilən nigeriyalı nazir, ibtidai məktəb təhsilinin məktəbin yerləşdiyi bölgədə istifadə olunan dildə olacağını bildirərək, belə danışıb: “Son hesablamada ölkəmizdə 625 dil olduğundan, bu siyasətin məqsədi bütün bu Nigeriya dillərini onların inkişafını və istifadəsini gücləndirməyə təşviq etməkdir”.
19-cu əsrin ortalarından 1960-cı ilə qədər İngiltərənin müstəmləkəsi olan ölkədə hələ də təhsil, mədəniyyət və iş həyatında ingilis dilindən istifadə olunur.
İngilis dilindən sonra Nigeriyada ikinci ən çox danışılan dil Afro-Asiya dil ailəsinin Çad qolundan olan Hausa dilidir.
Nigeriya dillərinin əksəriyyəti, yoruba kimi, Niger-Konqo ailəsinə aiddir.
Şimal-şərq bölgəsində danışılan kanur dili Nilo-Sahara dilləri qrupuna daxildir.
Neftlə zəngin Qərbi Afrika ölkəsi xam neft ixrac edərkən yanacaq idxal edir və adambaşına düşən gəlirə görə ən aşağı yerlərdən birini tutur.