vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 fevral 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
15:01 | 15 yanvar 2025 | Çərşənbə Məqaləyə 488 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

14 aktivist məhkəməyə çağırılıb

Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlər güclənib

CAVİD

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) xəbər verir ki, 14 milli fəal son müdafiə çıxışı etmək üçün Təbriz İnqilab Məhkəməsinin 15-ci bölməsinə çağırılıb.

Bildirilib ki, güneyli fəallar ötən il təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər və 100 gün ETTELAAT-ın (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) təkadamlıq kamerasında işgəncələrə məruz qalıblar.

Məlumata görə, milli fəallar “İslam Respublikasına qarşı çıxmaq niyyəti ilə qanunsuz qruplara üzv olmaq”, “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədi ilə toplaşmaq”da günahlandırılırlar.