Trampın oğlu nişanlandı
ABŞ prezidenti bankirlə quda olur
12:57 | 9 fevral 2025 | Bazar
Məqaləyə 363 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
ABŞ prezidenti Donald Tramp “The New York Post” qəzetinə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli ilə bağlı telefon danışığı apardığını bildirib. O, həmçinin telefon danışığının nəticəsi kimi Rusiya ilə Ukrayna arasında döyüşlərin tezliklə dayandırılacağına ümid etdiyini ifadə edib.
Məlum olduğu kimi, ikinci dəfə prezident seçiləndən sonra Tramp mövcud müharibələrin və xüsusilə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını əsas məqsədi kimi təqdim etmişdi. Vəzifəyə başladığı ilk gündən bu məsələni həyata keçirmək üçün ciddi addımlar atmağa başladı. ABŞ prezident administrasiyasında verilən bəyanatlara görə, Trampın əsas məqsədi qısa müddət ərzində atəşkəsə nail olmaqdır. Sonrakı məsələlər onsuzda danışıqlar masası arxasında həll olunacaq. Həqiqətən dünya təcrübəsində atəşkəs əldə edildikdən sonra bu və ya digər məsələlərdə razılaşmayan tərəflərin yenidən döyüş əməliyyatlarına başlaması hallarına çox az təsadüf olunur.
Rusiya prezidenti ilə danışıqların çox ehtiyatla aparıldığını müşahidə etmək mümkündür. Məhz buna görə də ABŞ prezidenti rusiyalı həmkarı ilə neçə dəfə danışdığına dair suala “Mən susmağı üstün tuturam”, – deyə cavab verib. Eyni zamanda, Tramp bildirib ki, Vladimir Putin “insanların ölməsinin dayandırılmasını istəyir”.
ABŞ prezidentinin danışıqlar və Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunması üçün konkret plana malik olduğu da gələn xəbərlər arasındadır. Tramp özü də bunun mövcudluğunu təsdiq edib. ABŞ prezidenti bildirib ki, onun münaqişəyə son qoymaq üçün konkret planı var. “Ümid edirəm ki, tezliklə atəşkəs olacaq. İnsanlar hər gün ölür... Mən bu lənətə gəlmiş müharibəyə son qoymaq istəyirəm”, – deyə Donald Tramp əlavə edib. O, həmçinin Milli Təhlükəsizlik müşaviri Mayk Valsı Putinlə “görüşləri təşkil etməyə” çağırıb.
Trampı tezliklə atəşkəs əldə edilməsinə sövq edən ciddi səbəblərdən biri, heç şübhəsiz, Ukraynanın nadir metalları ilə bağlı layihəsidir. O Ukraynanın təbii ehtiyatlarına çıxış əldə etməkdə olduqca maraqlı görünür və danışıqların gedişində buna nail olacağına əmindir. Çünki Ukrayna prezidenti özü də böyük məmnuniyyətlə bu sahədə Trampla əməkdaşlığa can atır. Təbii ki, Zelenski ABŞ-ın nadir metalların emalı sahəsinə buraxmaqla o, Rusiya ilə danışıqlarda Ukraynanın mənafeyinin qorunacağına ümid bəsləyir. Məhz buna görə də Tramp müsahibələri zamanı həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə nadir torpaq minerallarına çıxış üçün 500 milyon dollarlıq müqavilə bağlamaq niyyətində olduğunu bildirib. Yarım milyard dollarlıq müqavilə əslinə baxanda 10 trilyon dollardan artıq olan nadir metallar müqabilində çox cüzi səslənir. Amma Tramp görünür təcrübəli iş adamım kimi birdən-birə “qaz vurub, qazan doldurmaq” istəmir.
Fevralın 5-də Donald Tramp Rusiya və Ukrayna hakimiyyəti ilə “çox konstruktiv danışıqlardan” apardığını bildirmişdi. Eyni zamanda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Moskva və Vaşinqton arasında Ukrayna münaqişəsi ilə bağlı təmaslar ayrı-ayrı departamentlər vasitəsilə intensiv şəkildə aparılır.
Telefon söhbəti ilə bağlı Ukrayna və Rusiya tərəfindən hələ ki. Rəsmi informasiya yoxdur. Görünür telefon söhbəti barədə informasiyanın Tramp tərəfindən verilməsi üçün ortada razılıq olub.