
Sərhədi 5 milyona yaxın insan keçib
Avropada yaşayan türklərin mövsümü rekordu
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
“Altay” “T-72” və “T-90” tanklarını əvəz edəcək
“Polad Qübbə”nin təqdimat mərasimi dünya mətbuatında
Tarladan süfrəyə qiymətlər artacaq
Ölkənin bütün şəhərlərində sığınacaqlar tikiləcək
ABŞ sənayeyə zərər verib-vermədiyini müəyyən edəcək
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Türkiyə və “F-35” mövzusundakı mövqe dəyişməyib
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
2026-cı ildə baş tutacaq tədbirlə Türkiyə ikinci dəfə sammitlə ev sahibliyi edəcək
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı qəzetin siyasi şərhçisi Rauf Mirqədirovun Türkiyədən deportasiya olunması ilə bağlı xəbərə münasibətini bildirib. Modern.az-a açıqlamasında Elçin Şıxlı bu məlumatdan xəbərdar olduğunu bildirib:
«2 həftədir ki, bundan xəbərim var. Sadəcə olaraq Türkiyə olduğuna görə hay-küy qaldırmaq istəmirdim. Başqa ölkə olsaydı, çoxdan onları biabır edərdim. Türkiyəni mən qardaş ölkə bildiyim üçün çox səs-küy salmamışam. Heç bir izahat vermədən Raufun akreditasiyasını ləğv ediblər. O, 2010-cu ilin avqustundan Türkiyədə çalışır. İndiyə qədər heç bir problem olmayıb».
Baş redaktor bildirib ki, 10 gündür Türkiyənin Azərbaycandakı səfirinə məktubla rəsmi müraciət edərək bununla bağlı cavab istəyib. «Heç bir cavab yoxdur. Raufun özü vəkillə bir yerdə dəfələrlə onların Bakan Qurumuna müraciət edib. Ərizəsini də qəbul eləmək istəmirlər, heç nə də izah eləmirlər. Ona ayın 23-ə qədər vaxt veriblərmiş ki, sən ölkəni tərk eləməlisən. Dünən gecə də Rauf ölkəni tərk eləmək istəyərkən onu tutub saxlayıb deyiblər ki, «vizanın vaxtı bitib».
Rauf da deyib ki, «vizanın vaxtı keçməyib və mən özüm indi ölkəni tərk edirəm». Buna baxmayaraq, onu yoldaşının, kiçik qızının gözünün qabağında tutub polisə aparıblar və hələ də ailəsi ilə danışmağa imkan vermirlər. Yolun ortasında yoldaşını da, uşağını da düşürüblər. İnsaniyyətdən uzaq hərəkətlər ediblər. Sağlıq olsun, Rauf özü gələr və burada dəqiq hər şeyi həll eləyəcək. Yenə qeyd edirəm. Mən Türkiyəni özümüzə yaxın, qardaş ölkə bildiyim üçün neçə gündür səs salmıram ki, bəlkə nəsə cavab verələr, hər şeyi həll edək. Amma təəssüf ki, cavab vermirlər. Yəni, deportasiyadır».