vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BANK, BİRJA, SIĞORTA  
13:18 | 16 may 2014 | Cümə Məqaləyə 2038 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir MM-də hesabat verdi

ÜDM-də qeyri neft sektoru neft istehsalınını 10 faizdən çox keçdi

Sevinc İLTİFATQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında «Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsi ilə bağlı cari ilin hesabatını təqdim edib.

AzVision.az xəbər verir ki, nazir çıxışı zamanı bildirib ki, 2013-cü ilin dövlət büdcəsi uğurla icra olunub.

Onun sözlərinə görə, «2013-cü ildə Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən dünya iqtisadiyyatı 3 faiz artıb:

«Azərbaycan Respublikasının ixrac etdiyi «Azəri Layt» xam neftinin 1 barelinin orta satış qiyməti isə 111,2 ABŞ dolları təşkil edib. 2013-cü ildə dünyanın ticarət dövriyyəsinin artım sürəti 2012-ci ilin göstəricisi ilə eyni səviyyədə, yəni 2,7 faiz olub ki, bu da böhrandan sonra ticarət münasibətlərinin sabitləşməsini özündə əks etdirir. 2013-cü ildə ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 5,8 faiz real artaraq 57,7 mlrd. manata çatıb. ÜDM-in 32,6 mlrd. Manatı qeyri-neft sektorunda, 25,1 mlrd. manatı isə neft sektorunda formalaşıb».

Nazir həmçinin vurğulayıb ki, 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda inkişaf daha da yüksək sürətə malik olmaqla, bu sektorda əlavə dəyərin 10,0 faizlik artımı təmin edilib, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1 faiz artaraq 56,6 faizədək yüksəlib.

Nazir qeyd edib ki, müvafiq olaraq ÜDM-in 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşməklə, əvvəlki ilə nisbətən real artım sürəti 1,0 faiz çox olub». 2013-cü il ərzində sənaye sahəsində 26,7 mlrd. manat, yaxud ÜDM-in 46,3 faizi həcmində, tikinti sahəsində 6,8 mlrd. manat (müvafiq olaraq 11,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,1 mlrd. manat (müvafiq olaraq 5,3 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 mlrd. manat (müvafiq olaraq 4,8 faiz), informasiya və rabitə xidmətləri sahəsində 1 mlrd. manat (müvafiq olaraq 1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 mlrd. manat (müvafiq olaraq 7,1 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 mlrd. manat (müvafiq olaraq 1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5 mlrd. manat (müvafiq olaraq 14,7 faiz) həcmində əlavə dəyər yaranıb. Məhsula və idxala görə xalis vergilər ÜDM-in 6,4 faizinə bərabər olub. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2012-ci illə müqayisədə 4,4 faiz artaraq 6207,3 manat və yaxud 7912,5 ABŞ dolları təşkil edib. Hesabat ili ərzində ölkənin valyuta ehtiyatları 9 faiz artaraq 50 mlrd. ABŞ dollarını ötüb ki, bu da dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur. 2013-cü ilin yekunlarına görə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 mlrd. manata çatıb, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə orta hesabla 4039,6 manat olub.

Əhalinin hər nəfərinə düşən gəlirlər əvvəlki illə müqayisədə 6,6 faiz artaraq istehlak qiymətləri indeksini (inflyasiyanı) 4,2 faiz üstələyib. Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilmişdir. Əhalinin sərəncamında qalan gəlir 34,5 mlrd. manat təşkil edərək əvvəlki ilə nisbətən 8 faiz artıb. 2013-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 423 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur. 2013-cü ildə əsas kapitala yönəldilən vəsaitlər 15,1 faiz artaraq 17,9 mlrd. manat olub, onun 66,3 faizi və yaxud 11,9 mlrd. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilən vəsaitin 44,8 faizini müəssisə və təşkilatların vəsaitləri, 43,8 faizini dövlət büdcəsinin vəsaitləri, 4,8 faizini bank kreditləri, 3,2 faizini büdcədənkənar dövlət fondlarının vəsaitləri, 2,6 faizini əhalinin şəxsi vəsaiti, 0,8 faizini təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ildə ölkə üzrə xarici ticarət əməliyyatlarının həcmi 34,7 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 6,3 faiz çox), o cümlədən idxal əməliyyatları 10,7 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 9,1 faiz çox), ixrac əməliyyatları isə 24 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 5,1 faiz çox) səviyyəsində olub.

Nazirin çıxışı davam edir.