

Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”
Vahid Mustafayev ANS-in açılmasından danışdı
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
Həcc ziyarətində müqavilədə bəzi şərtlər...
QMİ: «Elə insan var ki, Həccə getdiyini gizli saxlayır»
Qafqazın ilk şeyxi kim olub?
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
Harvi qasırğası Luiziyana ştatına istiqamət götürüb
Deputat Cavanşir Paşazadə qardaşının varisi məsələsi ilə bağlı dediyi sözü dandı
BİU-da tələbə qəbulunda da artım var
Bu il Azərbaycandan gedəcək 900 zəvvarın 70 nəfəri azı bir dəfə ziyarətdə olub
QMİ onu təxribatçı hesab edir
İlham Əliyev iftar mərasimində iştirak edib
... pirlərimizə ulduz verilsin
«İslam dinin atributu olan azanın ramazan ayında ANS kanalında səsləndirilməsi təmin olunacaq». Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli ANS-də ramazan ayında azanın səsləndirilməsinin qadağan olunması məsələsinə münasibət bildirərkən deyib. S. Məmmədli vurğulayıb ki, azan İslam dinin atributlarındandır və onun Azərbaycanda səsləndirilməsi də bir müsəlman ölkəsi kimi vacibdir: «Hesab edirəm ki, azanın ANS-də səsləndirilməməsinin səbəblərini araşdırmaq lazımdır. Mən bunun təfərrüatın bilmirəm və bu haqda geniş heç nə deyə bilmərəm».
Axund əlavə edib ki, Ramazan ayı rəhmət ayı olduğuna görə, ANS-də də azanın verilməsi təmin olunacağına ümid etdiyini qeyd edib.
Məsələ ilə bağlı ANS-in də mövqeyini öyrənmək istədik. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Məmmədov vitse-prezident Mirşahin Ağayevə müraciət etməyimizi məsləhət bilib: «Mən məzuniyyətdəyəm. Olanlarla bağlı məlumatsızam. Bilmirəm, kim kimə qadağa qoyub. Mirşahin müəllimə zəng edin, o, sizə ətraflı cavab verər». Mirşahin Ağayev isə ona ünvanladığımız sualı eşidən kimi telefonun dəstəyini asdı.
Xatırladaq ki, Aktual.az-ın məlumatına görə, ANS televiziyası bu il ramazan ayında azanın yayımlamaqdan imtina edib. Xəbərdə bildirilib ki, azanın yayımlanmasına hökumət tərəfindən qadağa qoyulub. Hətta efirə azan veriləcəyi təqdirdə ANS kanalının bağlanacağı haqda da xəbərdarlıq edilib.