vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
13:42 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 3447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz sizə bu qədər pul veririk»

BDU rektoru xaricdə oxuyan tələbələrdən gileyləndi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Biz sizə görün nə qədər pullar xərcləmişik, 20, 50, 80 min pul vermişik. Bu rəqəmlərin bəzilərini açıqlamaq da istəmirəm, amma bu pulları nəyə görə vermişik. Ona görə vermişik ki, siz orada oxuyub, mütəxəssis olub, gəlib öz universitetlərimizdə işləyəsiniz».

ANS PRESS-in məlumatına görə, bu sözləri «Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Forumu» ictimai birliyinin (ASAİF) 12-ci Forumunda çıxış zamanı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O, qeyd edib ki, xaricdə təhsil alan tələbələr ölkəyə geri qayıtmalıdırlar: «Bizim sizə çox böyük ehtiyacımız var. Sizi Bakı Dövlət Universitetində gözləyirik. Əfsuslar olsun ki, biz sizi göndəririk, geri qayıtmırsınız. Biz sizi göndərmişik ki, gəlib universitetləri gücləndirəsiniz. Universitetlərdə elmi məktəbləri formalaşdırmalısınız. Universitetlər, akademiyalar güclə elmi məktəblərlə güclənir. Bu gün Azərbaycan indiki kimi şanslı olmayıb. Açıq danışaq, sizdən yaxşı dövrdə yaşayan yoxdur. Hər biriniz üçün vəsait ayrılır. Azərbaycanda təhsil iki istiqamətdə aparılır. Biz sizi göndərmişik ki uzun illər təcrübəsi olan universitetlərdən elmi mühiti azərbaycana gətirəsiniz. Əfsuslar olsun ki, mən bir rektor kimi deyirəm. Universitetimizdə ingilis qruplar var və xaricdə təhsil alıb gələn gənclərin az bir qismi bu qruplara müraciət edir. qoyduğumuz pulun dəyərini başa düşmürük. hara xərcləndi o pullar? biz sizi universitetə dəvət etdik, xaricdə təhsil alandan sonra geri qayıdın və ali məktəblərlə əməkdaşlıq edin».

Qeyd edək ki, bu gün «Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Forumu» ictimai birliyinin (ASAİF) 12-ci Forumu öz işinə başlayıb.