3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
20:25 | 30 yanvar 2016 | Şənbə
Məqaləyə 2050 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
İsveç-Finlandiya telekommunikasiya nəhəngi «TeliaSonera»nın icraçı direktoru Yohan Dennilend şirkətin Azərbaycandakı törəmə müəssisəsi «Azercell»in səhmlərinin bir hissəsinə nəzarət edən «Fintur Holding» şirkətinə yeni müştərilərin maraq göstərdiyini açıqlayıb.
Virtualaz.org xəbər verir ki, Yohan Dennilend Türkiyənin «Türkcell» telekommunikasiya şirkətinin «Fintur Holding»in səhmlərini almaq marağı haqda məlumatlı olduqlarını, ancaq bu aktivlərlə maraqlanan başqa potensial müştərilərlə də danışıqların aparıldığını bildirib.
Dünyanın üçüncü ən iri telekommunikasiya şirkəti olan «TeliaSonera» «Fintur Holding»dəki səhmlərini satmaq qərarına Azərbaycan və Özbəkistan da daxil olmaqla bəzi ölkələrdə üzləşdiyi korrupsiya qalmaqallarından sonra gəlib. Ötən il «TeliaSonera» elan edib ki, Avrasiya diviziyonu ölkələrini (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Moldova və Gürcüstan) tərk edəcək. Bu məqsədlə şirkət aktivlərini satışa çıxarıb. «Azərcell»in səhmlərinin bir hissəsinə nəzarət edən «Fintur Holding»i almağa dərhal türklər maraq göstərmişdi.
«Fintur Holding»in səhmlərinin 41.45 faizi «Türkcell»ə məxsusdur. Qalanı isə «TeliaSonera»nın nəzarətindədir Öz növbəsində «Fintur Holding» «Azərcell», «Geocell», «Kcell» və «Moldcell» mobil rabitə operatorlarının səhmlərinin bir hissəsinə nəzarət edir.