
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycanın Cinayət Məcəlləsində vergidən ayınma və iqtisadi cinayətlərlə bağlı bəzi maddələr üzrə cəzalar yüngülləşdirilə bilər. Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyevin aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə göürüşündə bildirilib.
Görüşdə «Deloitte and Touche» MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov Cinayət Məcəlləsində 2 min manatlıq vergidən yayınmaya görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını həddən artıq sərt cəza olduğunu dövlət başçısının diqqətinə çatdırıb: «İcazə verin, bütün üzvlər tərəfindən bəhs olunan mühüm bir məqamı qeyd edim. Cinayət Məcəlləsinin hazırkı oxunuşunda vergidən yayınma halı kimi xarakterizə olunan fəaliyyətdə 2 min manat məbləği əsas rol oynayır və bunun üçün cinayət məsuliyyəti yaranır. Biz vergidən yayınma və digər qanunsuzluqlarla mübarizəni tam dəstəkləyərək təklif edirik ki, bu məbləğ artırılsın. Çünki bir çox hallarda vergidən yayınma niyyəti olmasa da, şəxsi mülahizəyə görə bu məbləği aşan sahibkar vergidən yayınan kimi cinayət məsuliyyətinə cəlb oluna bilər».
İlham Əliyevin sözlərinə görə, doğrudan da 2 min manat məbləği cinayət ittihamı üçün kiçik məbləğdir. Dövlət başçısı ümumiyyətlə, Azərbaycanda Cinayət Məcəlləsində bəzi dəyişikliklərin edilməsini, cinayət məsuliyyəti yaradan halların azaldılmasını vacib sayıb: «Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq. Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq. Sizə bu təkliflərə görə təşəkkür edirəm».