«Toy sifarişlərimiz azalıb»
«Boş ay» gəlir, Bakıdakı şadlıq evləri qan ağlayır
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Toy günü kabusa döndü
Məclisdəki 80 nəfər eyni anda yerə yıxılıb
-
Toylar daha sadələşib
Qızıl bazarında vəziyyət necədir?
-
Şadlıq saraylarında da bahalıq
Qiymətlər qaldırıldı
-
Elin tərəzisi ...
... Yaxud ölçünün və ölçmənin dəqiq meyarı...
-
Bakıda yeni hotel və restoran açıldı
Teatrda qalanlara “Tavadan” pulsuz səhər yeməyi verəcək
-
Maşın-maşın cehizi var ...
Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb
-
Müğənnilərin toy qiymətləri
Restoranlarla sövdələşmə daha ucuz başa gəlir
-
Xına yaxmağın ağırlığı
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
-
«Qudam, ay qudam»
Məmur qohumluğunun təhlükəsi
-
Yük motoskileti ilə gəlin apardı
Türkiyəli bəylə azərbaycanlı gəlinin orijinal evliliyi
-
Şadlıq saraylarının may kabusu başlayır
Restoran sahibləri bundan da çıxış yolu tapıblar
-
«Axı, sənə nə?»
Qız toyunun ayrıca keçirilməsinə söz ardı
-
«Restoran mafiyası»na qarşı dava
«Heç nə itmir, heç nə məhv olmur, bir şəkildən başqa bir şəklə düşür»
-
Ağ paltarların «ağ edən» qiymətləri
7-10 min manatlıq gəlinliklər
-
Xaricilərlə nikahda artım var
Amma boşanmaların da sayı artıb
-
İnternetlə evləndilər
Bəy öz toyuna «Skype»la qatıldı
Azərbaycanda may ayında toy mərasimlərinin keçirilməsi ilə bağlı qəribə bir ənənə mövcuddur. Böyük əksəriyyət «mayda toy etməzlər, boş aydır, düşər-düşməzi var« deyimini əsas götürərək, bu ayın həqiqətən də uğursuz olduğuna və xeyir gətirməyəcəyinə inanır, mayda xeyir iş görməkdən vaz keçirlər. Halkbuki, son illər mediada çıxış edən dini ekspertlər, sosioloqlar bu iddiaları cəfəngiyyat adlandırıblar. Di gəl, insanlar hardan gəldiyi bilinməyən iddialara inanmaqda davam etməkdədirlər.
Bu vəziyyət isə təbii ki, toy mərasimlərinin keçirldiyi şadlıq evləri və restoranların biznesinə əməlli-başlı zərər vurur.
Bəs bu il vəziyyət necədir, şadlıq evləri astanasında olduğumuz may ayı üçün toy sifarişləri alıblarmı?
Modern.az saytı suala cavab almaq üçün bir neçə restoranla əlaqə saxlayıb.
«Neolit» şadlıq sarayında ümumiyyətlə toy etmək istəyənlərin sayı azalıb.
«Mayda toyların keçirilməsi üçün sifarişlərimiz də var. Amma bunun sayı çox azdır. El arasında «may boş aydır» deyiminin də bir tərəfdən toyların azalmasına təsiri var. Bu, nəinki bizə, bütün restoranlara təsir göstərir. Menyuda olan qiymətlər də bir o qədər baha deyil. Hər halda həmişə mayda toyların sayı az olur. Bu il də həmçinin».
Amma «Gənclik» şadlıq sarayında mayda toy etmək istəyənlərin sayı heç də az deyil.
«Bizdə mayda toy etmək istəyənlərin sayı çoxdur. Sifarişlərin sayı barədə isə məlumat verə bilmərik. Onu deyə bilərik ki, əvvəlki illərlə müqayisədə bu il mayda toy etmək istəyənlərin sayında artım var».
«Yeganə» şadlıq sarayında da ümumiyyətlə toy etmək istəyənlərin sayı azalıb.
«Adi günlərdə toy olmur, qaldı ki, mayda toy etmək istəyən olsun. Gələn ay üçün cəmi 3-4 sifarişimiz var. Ölkə ərazisində böhrandır. Toyların sayı həddindən artıq azdır. May ayı ilə bağlı qəribə inam var, insanlar toy etmək istəmirlər. Restoranın sifarişçilərə təqdim etdiyi menyunun qiymətləri də çox baha deyil».
«Xəmsə» şadlıq sarayından bildiridilər ki, son illər mayda toy edənlərin sayında artım var.
« Mayda toy etmək istəyənlərin artıq bir neçəsi bizə müraciət edib. Hazırda 9-10 toy üçün sifariş almışıq. Həm də bu il orucluq mayın 27-nə düşür. Bu da toyların sayının artmasına təsir edən amillərdən biridir».
«Monte Karlo» şadlıq sarayında da sakitçilikdir.
«Bir neçə toy sifarişimiz var. Amma sayı çox azdır. Qiymətlər də çox da baha deyil. Amma bu il orucluğun mayın sonunda olmağı toyların sayının artmasına təsir edir. Di gəl, yenə də sayı çox azdır».
«Su sonası» şadlıq sarayından deyiblər ki, mayda toy etmək istəyənlərdən az sayda sifariş alıblar.
«Bu, bizim restoranda olan qiymətlərin sərfəli olması ilə bağlıdır. Həm də insanlarda «may ayında toy etmək olmaz» düşüncəsinin tədricən yoxa çıxması ilə bağlıdır. Bizim fikrimizcə, toy etməyin elə əsl vaxt maydır. Çünki yaz fəslinin ən gözəl vaxtı maydır. Əvvəlki illərlə müqayisədə də bu il mayda toy etmək istəyənlər heç də az deyil».
«Ay işığı» şadlıq sarayından bildirilib ki, sifarişlər demək olar ki, yox dərəcəsindədir.
«Ümumiyyətlə, hər il mayda toylar az olur. İl ərzində yalnız 4-5 ay toy mövsümü üçün yaxşı olur. Yalnız yanvardan başlayaraq aprelə qədər toy sifarişlərinin sayı artmağa başlayır. Mayda isə toyun sayı azalır. Amma bu il digər illərə baxanda yaxşıdı. Bu həm də orucluqla əlaqədardır».