Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
08:04 | 31 may 2017 | Çərşənbə
Məqaləyə 2561 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ermənistanın Ekvadordan banan idxalı ilə məşğul olan «ArmExc Trading» şirkəti Azərbaycan üzərindən İrana banan idxal etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu barədə şirkətin prezidenti Vardan Arutyunyan açıqlayıb.
«EADaily» portalına açıqlamasında Arutyunyan deyib ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyündən sonra «ArmEc Trading» şirkətinin imkanları genişlənib. Nəticədə bir neçə aydır ki, erməni piştaxtalarında erməni etiketi ilə Ekvador bananı satılır. Hətta «ArmEc Trading» etiketi ilə banan Qazaxıstana da idxal edilir. Arutyunyan deyir ki, onların məqsədi bütün Avrasiya İttifaqı bazarını əhatə etmək, o cümlədən qonşu ölkələrə-80 milyonluq İrana və Gürcüstana çıxmaqdır.
Arutyunyanın dediyinə görə, Ekvadorla ticarət-iqtisadi əlaqələr məhz Avrasiya İttifaqının sayəsində baş tutub. Çünki Ermənistan 180 milyonluq Avrasiya İtifaqı bazarına çıxış imkanı olan ölkə kimi Ekvadorla ticarət əlaqələri qurub.
«Biz birinci Qazaxıstan bazarına çıxdıq, şirkətimizin sayəsində ora Ekvador bananı idxal olunur. Sxem belədir ki, məhsul birbaşa Qazaxıstana göndərilir, sənədlər isə Ermənistanda tərtib olunur, gəlir vergisi Ermənistan büdcəsinə daxil olur. Bu gün biz İranla danışıqlar aparırıq, İran böyük bazardır və Ekvador bananına ehtiyac duyur, lakin sanksiyalara görə malı Ermənistan üzərindən daşımaq çoxlu problemlər yaradır. Lakin belə görünür ki, biz bu vəzifəni də həll etmişik və Ekvador bananı İran bazarına Gürcüstandan, Azərbaycandan keçməklə çatdırılacaq. Gəlir vergisi isə Qazaxıstanda olduğu kimi Ermənistan büdcəsinə daxil olacaq»-Vardan Arutyunyan bildirib.
Erməni biznesmen deyib ki, hazırda şirkət eyni sxemlə banan idxalı üçün Rusiya və Belarusla da danışıqlar aparır. Onun sözlərinə görə, Rusiyada və Belarusda Ekvadordan banan idxal edən çoxlu şirkətlər var, ancaq «ArmEc Trading» Ekvadorun xarici ticarət nazirliyi ilə kifayət qədər sıx, ciddi əməkdaşlığa malikdir.
«ArmEc Trading» şirkətinin Ekvador bananını Gürcüstan və Azərbaycan üzərindən İrana idxal etmək barədə razılığı kiminlə əldə etdiyi açıqlanmır. Lakin ehtimal olunur ki, şirkət bu məsələdə hansısa Gürcüstan şirkəti ilə anlaşıb. Həmin şirkət isə «ArmEc Trading» şirkətinin Ekvadordan idxal etdiyi bananı Azərbaycan üzərindən İrana göndərməyə razılaşıb.
Bəs Azərbaycan erməni şirkətinin bananının öz ərazisindən keçməsinə və nəticədə Ermənistan büdcəsinə gəlir vergisinin daxil olmasına şərait yaradarmı? Axı Arutyunyan deyir ki, onun şirkətinin idxal etdiyi bananın üzərində «ArmEc Trading» etiketi olacaq. Beləliklə, məsələ açıq qalır və Azərbaycanın müvafiq orqanlarının izahatına ehtiyacı var.