vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
«Dəmir gümbəz»dən nə xəbər var? 22:44 | 24 iyun 2017 | Şənbə Məqaləyə 1596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dəmir gümbəz»dən nə xəbər var?

İsraildən Azərbaycana yeni silahların gətirilməsi gözlənilir

«İsrailin Azərbaycana etimadı o qədər yüksəkdir ki, ölkəmiz Azərbaycan ordusuna ən müasir və başqa ölkələrin silahlanmasına yönəldilməyən silahları yollamağa hazırdır». Bu barədə virtualaz.org-a israilli ekspert, İsrailin Rusiyadakı keçmiş səfiri Tsvi Magen deyib.

Onun sözlərinə görə, iki ölkə rasında hərbi-strateji əməkdaşlığın əsasları yaradılıb.

«İsraildə əminlik var ki, Azərbaycana göndərilən müasir silah sistemləri dost olmayan və «problemli» ölkələrin əlinə düşməyəcək. Zaman göstərib ki, Azərbaycan etibarlı tərəfdaşdır. Düşünürəm ki, əməkdaşlıq, eyni zamanda, hərbi sahədə əməkdaşlıq yalnız genişləndiriləcək», - həmsöhbətimiz deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan istənilən ən yeni İsrail silahını əldə edə bilər.

«Aramızda müxtəlif strateji məsələlər üzrə tam qarşılıqlı anlaşma var. İsrail silahının Azərbaycana satışı ölkələrimiz arasında strateji tərədfdaşlığın yalnız bir hissəsidir», - o bildirib.