Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:57 | 26 iyul 2017 | Çərşənbə
Məqaləyə 2258 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb. Artıq ABŞ Konqresinin saytında yeni sanksiyaların mətni dərc edilib. Sənəd iyulun 25-də səs verməyə çıxarılıdı və leyhinə 419, əleyhinə 3 səslə qəbul olundu. Prezident Donald Trampın administrasiyası da qanun layihəsini dəstəkləyib.
Yeni sanksiyalar Rusiya iqtisadiyyatının neft-qaz və bank sektoruna da toxunacaq və daha çox Rusiyanın inşa etmək istədiyi «Şimal axını-2» layihəsini əngəlləmək məqsədi güdür. O da bəllidir ki, Rusiya tərəfi, o sırada prezidentin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında Konqresdə baxılan qanun layihəsini «son dərəcə neqativ» kimi qiymətləndirib. Siyasi təhlilçilərə görə isə qanun şəklini alacaq yeni sanksiyalar paketindən sonra iki ölkə arasında münasibətlər daha gərgin fazaya keçəcək.
Demək, ABŞ və Rusiyanın dost-müttəfiqləri üçün də yeni bir sınaq mərhələsi başlaya bilər. Söhbət konkret halda Azərbaycandan gedir. Məlumdur ki, Bakı uzun illərdir ABŞ-la Rusiya arasında balanslı siyasət yürütməyə çalışır. Ancaq qlobal güclər arasında balansı saxlamaq getdikcə çətinləşir. Xüsusilə energetika sahəsində optimal tarazlığı qorumaq indi daha böyük səylər tələb etməkdədir.
Məsələ ondadır ki, Avropanın Rusiya təbii qazından asılılığının azaldılmasına yönəlik iri layihələrdə ölkəmizin getdikcə daha fəal iştirak eləməsi, Cənub Qaz Dəhlizinin inşası istər-istəməz Bakını Moskvanın rəqibinə çevirir. Qərb və Rusiya analitikləri də artıq bu məqama diqqət yönəltməyə başlayıblar - həm də Rusiya-ABŞ qarşıdurması kontekstində.
***
«9-13 iyulda İstanbulda 22-ci Dünya Neft Konqresi keçirilib və orada keçmiş sovet məkanının əsas neft-qaz respublikalarından olan Azərbaycan fəal iştirak edib. Rəsmi Bakı konqresdən özünün bu günə ən əsas layihəsi olan TANAP qaz kəməri projesini irəli aparmaq üçün istifadə edib - hansı layihə ki, Rusiyadan asılı olmayan qaz xəttinin Türkiyə ərazisi vasitəsilə Avropa Birliyi ölkələrinə çatdırılmasını təmin eləməlidir. Bakının planları bütövlükdə ABŞ-ın da siyasətinə uyğundur - hansı ki, TANAP vasitəsilə Rusiyanın Ukraynadan yan keçən qaz kəmərlərinə maneə yaratmaq istərdi».
Bu barədə «Yevraziya-ekspert» portalı yazıb. Portal daha sonra Azərbaycan prezidenti İlham Əliyevin iyulun 10-da İstanbulda, sərgi çərçivəsində ABŞ dövlət katibi Reks Tillersonla görüşünə toxunaraq yazır: «Görüşün əsas mövzusu TANAP-ın da tərkib hissəsi olduğu Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ilə bağlı situasiya idi. Reks Tillerson qeyd elədi ki, ABŞ bundan sonra da bu layihəni dəstəkləyəcək. Vaşinqton faktiki surətdə Bakını Moskva ilə «enerji oyunları»na qoşmağa çalışır, Gürcüstan və Türkiyə ilə birgə reallaşdırılan TANAP layihəsi hesabına Rusiyanın həyata keçirmək istədiyi «Türk axını» və «Şimal axını -2» layihəsinin inşasına mane olmaq istəyir. Fakt budur ki, ABŞ-ın nəhəng neft-qaz şirkəti olan «Exxon Mobil»ə lap yaxınlara kimi rəhbərlik eləmiş Reks Tillerson SSRİ-nin çöküşündən sonra Vaşinqtonun MDB-nin cənub ölkələrinə münasibətdə yürütdüyü əvvəlki siyasəti davam etdirir».
Rusiyalı analitiklərə görə, bu siyasətin başlıca hədəfi - Güney Qafqaz və Orta Asiya ölkələrinin Rusiyaya nəqliyyat-kommunikasiya və iqtisadi-ticari oriyentasiyasını önləmək və daha sonra isə tamamən kəsməkdir. «Bu siyasət çərçivəsində də 2000-ci illərdə Azərbaycanın neft-qaz yataqlarını Rusiyadan yan keçməklə Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri çəkilib. TANAP bu siyasətin yalnız davamıdır», - deyə ekspertlər qeyd edir.
«Cənub Qaz Dəhlizi - Xəzər hövzəsi qazının Rusiya və Ukraynadan asılı olmadan Avropaya çatdıracaq qaz kəmərləri şəbəkəsi layihəsidir. Bu kəmərin «sələfi» «Nabukko» idi - o da Azərbaycanı Türkiyə vasitəsilə Avropa ilə birləşdirməli idi. Lakin resurs bazası ilə bağlı problem və texniki detalların uzlaşdırılmaması üzündən inşa oluna bilmədi. Mahiyyət etibarilə TANAP ilkin mərhələdə çox da böyük olmayan qaz həcminə hesablanmış «Nabukko»nun şəkli dəyişdirilmiş versiyasıdır. Lakin onun da qayəsində Avropa Birliyinə qazın Rusiya marşrutuna alternativ şəkildə çatdırılması dayanır. Ankara prioritet layihə kimi məhz TANAP-ı hesab edir, nəinki «Türk axını»nı. «TANAP gələcəkdə təkcə Azərbaycan qazının deyil, həm də Yaxın Şərq ölkələrinin qazını Türkiyə və Avropaya nəqlinə imkan verəcək». Bu fikri Ərdoğan administrasiyasında adının çəkilməsini istəməyən mənbə söyləyib», - deyə məqalənin sonunda qeyd olunur.
***
Şübhə yox ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarından sonra TANAP-ın «Türk axını» ilə rəqabətdə şansı daha da artacaq. Bu isə öz növbəsində Rusiyanı özünümüdafiə üçün bəzi kontur-tədbirlər görməyə vadar edə, hətta daha da aqressivləşdirə bilər. Kontur-tədbirlərin nədən ibarət olacağı dəqiq bilinməsə də, bir şey aydındır ki, Bakı bu mərhələdə Rusiya faktoruna münasibətdə qat-qat diqqətli olmaq zorundadır.