Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:02 | 27 iyul 2017 | Cümə axşamı
Məqaləyə 2127 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Bu gün Amerikanın, əsası 1984-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə qoyulmuş qeyri-hökumət tədqiqat təşkilatı «Jamestown Foundation»un saytında Azərbaycana Rusiya silahının çatdırılmasına və Ermənistan tərəfindən buna zəif reaksiya verilməsinə aid material dərc olunub.
Virtualaz.org-un məlumatına görə, Amerika ekspertlərinin gəldikləri qənaət budur: «Ermənistanın əlləri bağlıdır».
«Jamestown Foundation»un analitikləri ikitərəfli hərbi-texniki əməkdaşlıq haqqında razılaşma üzrə Rusiyadan Azərbaycana çatdırılan hərbi texnikanın və döyüş sursatlarının partiyaları barədə son xəbərləri sadalayıblar.
Məqalədə göstərilir ki, Rusiya Azərbaycana «C-300 PMU-2» çoxkanallı universal mobil zenit raket sistemi «Favorit» verib, hansı ki, İran üçün nəzərdə tutulmuşdu. Bundan sonra Azərbaycana digər silah və sursatlar da çatdırılıb. «Amma bu müqavilə haqqında ətraflı informasiya rəsmən nə Rusiya Federasiyası, nə də Azərbaycan tərəfindən açıqlanır», - deyə məqalədə göstərilir.
İrəvan, regionda Rusiyanın ən yaxın müttəfiqi olaraq, Rusiya silahının Bakıya satışı ilə bağlı narazılığını dəfələrlə ifadə edib, xüsusən də 2016-cı ilin aprelində Qarabağda döyüş əməliyyatları başlanandan sonra. Yeri gəlmişkən, bu yaxınlarda Ermənistan prezidenti Serj Sərkisyan qeyd etmişdi ki, Rusiya silahının Bakıya satışı Rusiya-erməni münasibətlərinin ən problematik məsələsidir.
Ancaq İrəvandan kəskin reaksiya indiyədək də müşahidə olunmayıb.
«Jamestown Foundation» nəşrinin də qeyd etdiyi kimi, belə passiv mövqe bir neçə amillə izah edilə bilər: «Birincisi, Ermənistanın energetika sektorunun (elektrik enerjisinin hazırlanması, enerji və qaz bölgüsü) 60-80 faizə qədəri Rusiya dövlət korporasiyalarının əlində cəmlənib.
İkincisi, Rusiya banklarının Ermənistanın maliyyə sektorunda iştirakı əhəmiyyətli dərəcədə artıb.
Üçüncüsü, İrəvan hərbi məsələlərdə əvvəlki kimi Moskvadan asılı olaraq qalmaqdadır. Daha dəqiqi, Ermənistan Rusiyanın Gümrüdə yerləşdirilmiş 102-ci hərbi bazasından asılıdır».
Beləliklə, Rusiya silahının Bakıya çatdırılması ilə əlaqədar artan narazılığa baxmayaraq, İrəvanın Moskva ilə münsibətlərdə ehtiyatla hərəkət etməkdən başqa seçimi yoxdur. «Başqa sözlə, Ermənistanın təhlükəsizliyi problemi indiki şəraitdə bütün başqa iqtisadi, sosial və ya siyasi düşüncələri üstələyib», - deyə «Jamestown Foundation»un müəllifləri fikirlərini yekunlaşdırıblar.