Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:28 | 30 iyul 2017 | Bazar
Məqaləyə 1129 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
ABŞ-ın Rusiyaya yeni iqtisadi sanksiyalar tətbiq eməsindən əndişələnmək lazım deyil. Onlar Ermənistanın maraqlarına uyğundur. Virtualaz.org bildirir ki, bunu tert.am-a açıqlamasında politoloq Levon Şirinyan deyib. Politoloqun sözlərinə görə, ABŞ sanksiyalar vasitəsi ilə Rusiyanın iştahasının qabağını alır.
«Rusiyanın iştahası artıb, o Donetski, Ukraynanı, Ermənistanı tutdu. Görmürsünüz, Rusiya necə yayılır? O öz hədəflərinə çatmaq üçün bizi necə toqquşmalara itələyir? Ermənistan və Azərbaycan arasında müharibəni məhz Rusiya qızışdırır. Birləşmiş Ştatlar isə öz sanksiyaları ilə bu iştahanın qarşısını almağa çalışır», - deyə Levon Şirinyan qeyd edib.
Politoloqun sözlərinə görə, Rusiya Ermənistanı aşağıdakı nöqteyi-nəzərə əsaslanaraq götürmək istəyir: «Bu gün onlar rus dilinə rəsmi status verilməsini təklif edirlər, sabah deyəcəklər – dini baxışlarınızı dəyişin. Bu, rus dəst-xəttidir».
Şirinyan əmin edir ki, indiki halda Birləşmiş Ştatların hərəkətləri Ermənistanın maraqlarına uyğundur. «Təmkininizi saxlayın, ABŞ-ın hərəkətləri Ermənistanın maraqlarına zidd deyil», - L.Şirinyan bildirib.
L.Şirinyan əlavə edib ki, əgər Rusiya barəsində Amerika sanksiyaları Avrasiya İqtisadi Brliyinə (AİB) daxil olan ölkələrə də toxunarsa, onda Ermənistan dərhal bu təşkilatı tərk edəcək.
«Ermənistan Avrasiya İqtisadi Brliyini tərk edəcək: bu bizim mövcudluğumuz məsələsidir. Bu bəyanatı Rusiya analitiki verib, AİB üzvü olan ölkələri qorxutmaq üçün bu da şantajdır. Mən düşünmürəm ki, Birləşmiş Ştatlar AİB ölkələri barəsində də sanksiyalar tətbiq etsin, amma əgər Rusiya Federasiyası bütün sərhədləri keçəcəksə və sakitləşməyəcəksə, onda ABŞ buna da gedəcək», - deyə Şirinyan vurğulayıb.