Xameneyi ölmədən məzara qoyulur
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Eldar Qaradağlı Azərbaycan Milli Hərəkatına olan mali dəstəklərin sadəcə müəyyən qurumların inhisarında cəmləşdiyini hərəkatın ən önəmli problemlərindən biri kimi dəyərləndirir. İsveçdə yaşayan milli fəal və yazar «Amerikanın Səsi»nə müsahibədə İran Azərbaycanından cərəyan edən milli hərəkatın mahiyyətini şərh etməklə yanaşı hərəkata mənsub qruplar və təşkilatların üzləşdiyi sınaqlar haqqında danışıb.
Eldar Qaradağlının sözlərinə görə, Azərbaycan Milli Hərəkatının içəridə olan strategiyası və zaman zaman dəyişməkdə olan halları xaricdə olan hərəkat mənsublarına da - istər təşkilatlar olsun, istərsə fərdlər - təsirini buraxır. «İranın farsçı şiə rejimi milli hərəkata həssasiyyətini hər növdə və geniş miqyasda göstərməkdədir. Buna görə, hakimiyyət siyasətini dəyişdirəndə bu istər istəməz milli hərəkatın da siyasət dəyişdirməsinə səbəb olub», o bildirir.
Sadalanan faktorlar Azərbaycan Milli Hərəkatının «bəzən özünü çox fəal göstərməkdə, bəzən də müəyyən dərəcə susqun göstərməsində» büruzə verir.
Eldar Qaradağlı türk fəalların təşkilatlar tərkibində fəaliyyət göstərməyə üstünlük vermədiklərinin müəyyən dərəcədə bir problem olduğunu təsdiq etsə də, təyinedici səviyyədə olmadığını ifadə edir.
«Çünki milli hərəkat içəridədir... Bu bir milli hərəkatdır və tam olaraq millətimizin içindədir. Bu gün biz gəlib deyək ki, bunu mütləq bir təşkilata çevirmək lazimdir və bu təşkilatda bir çox insan fəaliyyət göstərməlidir, Bu doğru olmaz», o, qeyd edir.
Qaradağlı eyni zamanda xaricdə fəaliyyət göstərən təşkilatların müəyyən bir «dağınıqlıq problemi» yaşadıqlarını önə çəkir: «Xaricdə, milli hərəkata mənsub olan partiyalar, təşkilatlar və qurumlarımızda müəyyən dərəcədə dağınıqlıq vardır. Xaricdə milli fəallarımızın moralının azalmasının ən başlıca amillərindən biri maddi dəstəklərin bir tək əldə (inhisarda) cəmləşməsidir. Bu çox önəmli məsələdir».
«Biz bu problemin həlli üçün çalışmalıyıq ki, nədən hərəkata mənsub olan fəalların xüsusilə xaricdə hər hansı maddi qaynaqları yoxdur? Milli fəaliyyətlərinə dəstək yoxdur. Bu dəstək müəyyən qurumun əlindədir», o əlavə edir.