
“Sabah”a açılacaq şans
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
Yaxud bir daha Rəşad haqda...
Rəşad Sadıqov 1 xaldan məmnundur
1-2 istisna ilə debüt siyahısı pis deyil, amma ...
«Çelsi» Bakıdan qayıdanda nə baş verib...
Rəşad Sadıqov: «Emosiyalarımı saxlaya bilmirəm»
Rəşad Sadıqov: ««Atletiko» kimi bir rəqibə qarşı azlıqda mübarizə aparmaq çox çətindir»
Rəşad Sadıqov: «Hər şeyi hakimin üstünə atmaq olmaz»
Milliyə keçməkdənsə...
Ağasəlim Mircavadov: «Hazırda milliyə ən real namizəd odur»
Rəşad Sadıqov: «Bu mənim millim olub, ailəm olub, doğmam olub»
5 komanda - 5-ci yer, 10 oyun - 10 xal, 8 məğlubiyyət - ...
Berti Foqts Azərbaycan yığmasına sataşdı
111 oyun keçirən «14 nömrə»ni layiqli yola salmağa AFFA-nın səviyyəsi, baş məşqçinin ağlı, futbolçularınsa bacarığı çatmadı
Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində 5:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ sizi həmin açıqlamalarla tanış edir:
- Böyük hesablı qələbə haqda nə deyə bilərsiniz?
- Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaq və iki gün bundan əvvəlki məğlubiyyəti az da olsa, unutduraq. Fikirləşirəm ki, uşaqlar yaxşı futbol nümayiş etdirdilər. Yaxşı, düşünülmüş hücumlarımız oldu. Minimal hesablı qələbə də qazanmaq olardı. Amma həqiqətən də uşaqlar yaxşı futbol oynadılar, rəqibə oynamaq üçün imkan vermədik. Komandanı təbrik edirəm.
- Bu oyunda fərqlilik var idi. Sanki əlavə nəsə göstərmək istəyirdin...
- Həyatım boyu kiməsə nəyisə sübut etməyə çalışmamışam. Sadəcə, oyundan öncə çox gərgin idim. Norveçlə oyunda öz qapımızdan keçirdiyimiz qola görə özümü narahat hiss edirdim. Amma həqiqətən də millinin oyunlarına optimal vəziyyətdə çıxmadım. Çox uzun danışmaq istəmirəm. Lakin analiz etsək, görərik ki, Norveçlə oyuna zədəli vəziyyətdə hazırlaşmışdım. Həqiqətən də həmin oyunda pis oynamadım. Sadəcə, oyunun sonunda istəmədiyimiz halla üzləşdim. Gərgin idim və San Marino ilə oyunu səbrsizliklə gözləyirdim.
- 7 il sonra milli komandanın heyətində qol vurdun. Darıxmışdın?
- Bu, mənim qrup mərhələsindəki ilk qolumdu. İlk dəfə idi ki, texnika ilə cərimə zərbəsi yerinə yetirirdim, çünki hər zaman qüvvətli zərbələrə üstünlük vermişəm. Uşaqlar da vurmaq istəyirdi, amma dedim ki, icazə verin mən vurum.
- Tribunadan sənə dəstək verənlər çox idi. Bu sevgini özün hiss etdinmi?
- Məni futbolçu edən azarkeşlər olub. Onların sevgisi mənim üçün hər şeydən üstündü və onu itirmək çox ağırdı. Ona görə də onların dəstəyini hiss etmək çox sevindirici idi. Azarkeşlərin “Rəşad, Rəşad” səsləməsi mənim üçün mükafatdan artıqdır.
- İddialara görə, «Neftçi»nin və 21 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi postuna ən real namizədlərdən birisən. Bu məsələyə münasibətin necədir?
- Hazırda «Qarabağ»ın futbolçusuyam və bu barədə danışmaq düzgün olmaz.
- Mövsümün sonuna qədər «Qarabağ»da qalacaqsan?
- Belə deyək, hazırda bütün diqqətimi oyunuma yönəltmişəm. Kayeramı bitirmək barədə düşünürəm. Amma nəyin necə olacağını bilmirəm. «Qarabağ»la ilin sonuna qədər müqaviləm var və mənim klubdakı gələcəyimlə bağlı onlar qərar verəcəklər. Çempionlar Liqasının qrup mərhələsi başa çatandan sonra qərarımı açıqlayacağam.