“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
23:43 | 18 oktyabr 2017 | Çərşənbə
Məqaləyə 2458 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
Çempionlar Liqasının yayımlamaq tenderini yenidən araşdırır
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
«Qarabağ»ın kapitanı Rəşad Sadıqov «Atletiko» ilə oyundan sonra müsahibə verib. O, oyunu dəyərləndirməklə yanaşı, heyətdəki itkilərdən də bəhs edib.
- Qalib gəlməməyə görə təəssüf hissi varmı?
- Var. Çoxlu imkanlarımız oldu. Ancaq mən düşünürəm ki, «Qarabağ»ın avrokuboklardakı ən yaxşı oyunlarından biri idi. Rəqibin də gücünü nəzərə alsaq, deyə bilərik ki, ən yaxşı oyunumuz idi. Çox çətin qrup düşmüşük, şükür olsun ki, məğlub olmadıq, 1 xal qazandıq. Xalsız bitirmək ehtimalı çox olan, çətin qrupa düşmüşük. Düşünürəm ki, azarkeşlər futboldan həzz alıdlar. Qoldan başqa hər şey oldu.
- «Qarabağ»ın bugünkü yaxşı oyununun səbəbi nədir?
- Çıxdıq, sadəcə, məşqçinin tapşırıqlarını yerinə yetirdik. Əlimizdən gələni elədik ki, yaxşı nəticə olsun, hamı sevinsin.
- Demək olarmı ki, «Qarabağ» artıq Çempionlar Liqasının ritmini tutub?
- Qarşıda bizi iki çox çətin səfər gözləyir. «Roma» və «Çelsi»nin hər ikisinin qrupdan çıxmaq şansları var. Bu elə bir turnirdi ki, burda ritmi tutduq, bundan sonra yaxşı olacaq deyə bilmərik. Hər oyuna ayrıca, yaxşı hazırlaşmaq lazımdı. İlk dəqiqədən sona qədər yaxşı mübarizə aparmaq lazımdı.
- Hakimdə rəqibə qarşı simpatiya hiss etmirdiz?
- Mən hakimlər haqqında danışmağı sevmirəm, ancaq simpatiya açıq-aşkar görünürdü.
- Avroliqaya düşmək nə qədər realdır?
- Futboldur, mübarizə aparırıq. Bu gün qazansaydıq, şansımız daha çox olardı.
- U-19 komandasının oyunundan bura gəldin, Bakıda məsafə yaxındı, asan oldu. Madriddə necə olacaq?
- Madriddəki oyuna getməyəcəm. «Çelsi» ilə matçdan sonra Qurban müəllimlə bu barədə qərar vermişik.
- Əgər Bakıda hakim belə qərəzli idisə, Madriddə bizi nə gözləyir?
- Böyük komandalara qarşı oynayırsansa, belə şeylərə hazır olmalısan. Onlara həmişə simpatiya var. Düşünürəm ki, futbolun inkişafı üçün çox adam istəyir ki, «Atletiko» qabağa getsin. Hər şeyi hakimin üstünə atmaq olmaz, bizim də şanslarımız oldu ki, son vuruşda dəqiq ola bilmədik.
- Səfərdə Dinosuz çox çətin olacaq?
- Dinonu itirdik, Bədavinin oynaması isə sual altındadır. Maksim də əvvəldə zədələndi, sonra elə davam elədi. Çətin olacaq.