Peşmanlıq doğuran Qələbə günü
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
11:58 | 24 sentyabr 2017 | Bazar
Məqaləyə 1754 dəfə baxılıb
Şriftin ölçüsü
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
ABŞ ordu komandanlığı Rusiyanın hibrid müharibə strategiyasına necə qarşı çıxmağın yollarını özündə əks etdirən məlumat kitabçası hazırlayıb. Virtualaz.org xəbər verir ki, kitabça hələ 2016-cı ilin dekabrında dərc edilib, lakin indi internetdə yerləşdirilib.
«The National İnterest» dərgisinin yazdığına görə kitabçada Rusiyanın hibrid müharibə taktikası və ABŞ hərbçilərinin buna qarşı hansı tədbirlər görə biləcəyi haqda bəhs edilir.
62 səhifədən ibarət olan məlumat kitabçasında asimmetrik müharibənin aparılmasında istifadə oluna biləcək Rusiya hərbi texnikası barədə fotolar və məlumatlar, o cümlədən Krım və Ukraynada istifadə olunan texnika barədə məlumatlar yer alır. Kitabçada deyilir ki, Rusiya Krım və Ukraynada xüsusi təyinatlı qüvvələrin kiçik dəstələrindən, bəzən isə nizami qoşunların yaxşı silahlanmış birləşmələrindən və yerli separatçı qruplardan istifadə edib.
Kitabçada belə qənaət ortaya qoyulur ki, Rusiyanın hibrid müharibə strategiyası rus qoşunlarının ənənəvi formada hərbi qələbəsinə deyil, yerli qüvvələrlə birləşərək rejimin dəyişdirilməsinə nail olmaq üzərində qurulub.
Məlumat kitabçasında qeyd olunur ki, Rusiya ABŞ-ın döyüş meydanında pilotsuz və pilotlu kəşfiyyat aparatları ilə kəşfiyyat aparmaq, düşmən qüvvələrinin yerini müəyyənləşdirmək və daha sonra onu aviasiya, artilleriya ilə məhv etmək taktikasını da mənimsəyib.
Kitabçada Rusiyanın qarışıq müharibədə taktiki əməliyyatları da nəzərdən keçirilir. Misal kimi Ukraynanın şərqində aparılan hərbi əməliyyatlar göstərilir. ABŞ hərbi komandanlığı Rusiya silahlı qüvvələrinin bir neçə «zəif yerlərini» də göstərib. Məsələn, qeyd olunur ki, çağırışçı əsgərlərin döyüşmək üçün güclü motivasiyası yoxdur. Habelə aviasiya və artilleriya dəstəyi dəqiqlik amilindən deyil, qəddarlıqdan və zərbə gücündən asılıdır. Kitabçada ABŞ hərbçilərinə tövsiyə olunur ki, Rusiyanın radioelektron mübarizə vasitələri tərəfindən GPS tezliklərinin və radioəlaqənin sıradan çıxarılması şəraitində döyüş əməliyyatlarının aparılmasını məşq etsinlər.