vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 30 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
Sabiq barselonalı «Qəbələ»nin hədəfində 14:30 | 7 yanvar 2013 | Bazar ertəsi Məqaləyə 2317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq barselonalı «Qəbələ»nin hədəfində

Super ulduz ili 1 milyon dollar olmaqla 2 illik müqavilə istəyir

«Çelsi» və «Barselona»dakı çıxışı ilə məşhurlaşan Eydur Qudyonsen «Qəbələ»nin maraq dairəsinə düşüb. Belçikanın «Serkl Brügge» klubu ilə müqaviləsi başa çatan məşhur forvardın transfer qiyməti bahadı. Qəbələlilər onunla anlaşmaq üçün hər ilinə 1 milyon dollara yaxın pul ödəməlidi. Qudyonsenin bir şərti də var ki, bu da müqavilə müddətinin minimum ikillik olmasıdı.

Qeyd edək ki, Qudyonsen karyerası ərzində «Valur» (İslandiya, 1994, 17 oyun, 7 qol), PSV (Hollandiya, 1995-1997, 13 oyun, 3 qol), «Reykyavik» (İslandiya, 1998, 6 oyun), «Bolton» (İngiltərə, 1998-2000, 59 oyun, 19 qol), «Çelsi» (İngiltərə, 2000-2006, 186 oyun, 54 qol), «Barselona» (İspaniya, 2006-2009, 72 oyun, 10 qol), «Monako» (Fransa, 2009-2010, 9 oyun), «Tottenhem» (İngiltərə, 2010, 11 oyun, 1 qol), «Stok Siti» (İngiltərə, 2010-2011, 4 oyun), «Fulhem», (İngiltərə, 2011, 10 oyun, AEK (Yunanıstan, 2011-2012, 10 oyun, 1 qol) və «Serkl Brügge» (Belçika, 2012, 13 oyun, 6 qol) klublarında çıxış edib.
İslandiyanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 34 yaşlı futbolçu 1996-cı ildən çağırıldığı A millidə 68 oyun keçirərək 24 qol vurub. O, karyerası ərzində 1 dəfə Hollandiya çempionluğunu və kubokunu (PSV), 2 dəfə İngiltərə çempionluğunu, 2 dəfə kubokunu və 1 dəfə Liqa Kubokunu (Çelsi), 1 dəfə İspaniya çempionluğunu, 1 dəfə «Kral Kuboku»nu, 1 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını və 1 dəfə UEFA Super Kubokunu (Barselona) qazanıb.