Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
16:21 | 13 oktyabr 2017 | Cümə
Məqaləyə 1930 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Türkiyədə növbəti kütləvi zəhərlənmə hadisəsi
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
İstanbuldakı Aydın Universitetinin beynəlxalq münasibətləri üzrə doktorantura müəllimi, professor Nadir Devletin APA-ya müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Təxminən 20 gün əvvəl prezident Ərdoğan prezident Trampla səmimi görüş keçirdi, mətbuat konfransında Ərdoğan «Dostum Donald» deyəndən sonra Türkiyədə hamı iki ölkə arasındakı münasibətlərin yenidən normallaşdığını düşündü. Ancaq bir anda diplomatiya sahəsində böhran yarandı. Bunun gerçək səbəbi nədir?
- Prezident Ərdoğanın prezident Trampla görüşündən sonra Türkiyənin ABŞ-dan 11 milyard dollarlıq təyyarə alacağı bildirildi. Sırf o fakt münasibətlərin yenidən normallaşa biləcəyinə işarə edirdi. Ancaq iki müttəfiq ölkə arasındakı münasibətlərdə müəyyən müddətdən bəri anlaşılmazlıqlar var. Türkiyə ilə ABŞ-ın Suriyada həyata keçirdikləri siyasət bir-birinə uyğun gəlmir. Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, ABŞ, PYD/YPG terror təşkilatını dəstəkləməyə və açıq şəkildə onlara silah-sursat verməyə davam edir. Türkiyənin ehtiyacı olan silah və müdafiə sistemlərini NATO vermir, ona görə də Türkiyə Rusiyaya yönələrək C-400 kompleksi almaq barədə danışıqlar aparır. Xaricdən gələn təhdidlərə qarşı öz müdafiə sistemini müasirləşdirmək məqsədilə Türkiyə başqa ölkələrlə də - məsələn, Fransa və İngiltərə ilə də müzakirələr aparır. Hal-hazırda Türkiyənin də, ABŞ-ın da başında sərt danışmağı sevən liderlər var, onların ikisi də eyni anda sərt danışanda münasibətlər istər-istəməz gərilir. Bu gərginliyin sıravi vətəndaşlara böyük zərəri oldu, xəstəsini ABŞ-a aparmaq istəyən, övladlarını görmək üçün oraya getməyi arzu edən insanların viza almaları qeyri-mümkün oldu. Bundan sonrakı dönəmdə iki müttəfiq dövlətin idarəçilərinin diqqətli danışmaları lazımdır.
- Siyasi şərhçilər bundan sonra iki ölkə arasındakı yüksək təzyiqin aşağı salınması üçün ciddi diplomatik səylər lazım olacağını vurğulayırlar. Bununla bağlı sizin fikriniz nədir?
- Türkiyə Fətullahçı terror təşkilatının başçısını ABŞ-dan tələb edir, ancaq onu Türkiyəyə verməyə ABŞ istəkli yanaşmır. Bu vəziyyət iki müttəfiq ölkə arasındakı münasibətlərin hədsiz dərəcədə gərginləşməsini şərtləndirən ən əsas faktordur. Türkiyə vətəndaşı olan Rza Zərrabın, «Halkbank» baş direktoru müavininin ABŞ-da həbs edilmələri, keçmiş nazir haqqında ABŞ-da həbs sanksiyası verilməsi bir-birindən müstəqil hadisələr olmalarına baxmayaraq, Ankara bunların hamısına eyni pəncərədən baxaraq Vaşinqtonun bu işlərdə Türkiyəyə qarşı qeyri-səmimi davrandığını düşünür. Bu böhranın tezliklə aradan qaldırılacağını düşünmək üçün çox optimist olmaq lazımdır. Normallaşdırma mexanizminin nə vaxt işə salınacağını müəyyənləşdirə bilmək hələ ki çətindir.
- Ankara ilə Vaşinqton arasındakı münasibətlərin gərginləşməsinə paralel şəkildə Rusiyadan qorxunc açıqlamalar verilərək Qərbin Türkiyədə bir sıra gizli planlar həyata keçirməyə çalışdığı iddia edilir. Bu barədə nə demək istərdiniz?
- Rusiyadakı açıqlamaların bir qismi Türkiyə mətbuatında öz əksini tapsa da, əksəriyyətindən heç kim xəbərdar olmur. O iddiaları dəstəkləyənlər də var, qarşı çıxanlar da. Rusiya ilə Türkiyə Lenin dövründən başqa əsrlər boyu dəfələrlə savaşıblar. Hazırkı dönəmdə Rusiya Türkiyəyə dəstək versə də, ümumilikdə şimal qonşumuzun bizə axıra qədər güvənməsindən söhbət gedə bilməz. Siyasət imkanlardan istifadə etmə oyunudur, Türkiyə də oyunları öz imkanları daxilində oynamalıdır. İndiki dövrdə iqtisadi-hərbi baxımdan Türkiyə Rusiyaya daha çox möhtacdır. Ankara sanki «Rusiya bizə möhtac imiş» atmosferi yaratmağa çalışır ki, məncə, bu, düzgün yanaşma deyil. Elə təbliğat aparılır ki, sanki ABŞ və Avropanın bizim üçün alternativi Rusiyadır. Məsələ qətiyyən o cür deyil. Biz NATO üzvü ölkəyik, problemlərimizi, istəklərimizi NATO çərçivəsində müzakirə edib, həll etməliyik. Tutaq ki, Rusiyadan silah və hava hücumundan müdafiə sistemləri aldıq, onları NATO sisteminə uyğun vəziyyətə necə gətirəcəyik? İndi Türkiyə iqtisadiyyatının vəziyyəti də yaxşı deyil, iqtisadiyyatımızı inkişaf etdirmək üçün özü sanksiyalar altında olan Rusiya bizə necə dəstək verə bilər? Ticarətdə Rusiya bizə Qərbin alternativi ola bilməz. Biz Rusiyaya pomidor sataraq oradan aldığımız təbii qazın pulunu ödəyə bilmərik. Ticarətimizin ümumi dövriyyəsində biz Rusiyadan qazanclı çıxa bilmərik. Ona görə, Rusiya ilə münasibətlərimizdə tamamilə realist olmalıyıq.