vaxtlı-vaxtında oxuyun! Bazar, 1 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
«Samsung Galaxy S9» gəlir... 23:48 | 24 noyabr 2017 | Cümə Məqaləyə 3426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Samsung Galaxy S9» gəlir...

Təqdimat Las-Veqasda baş tutacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«Samsung» şirkəti 2018-ci ilin yanvar ayının ilk həftəsində yeni qabaqcıl «Samsung Galaxy S9» və «Galaxy S9+» smartfon modelini pərəstişkarlarının istifadəsinə təqdim etməyə hazırlaşır.

Modelin təqdimatı isə şirkətin Las-Veqasdakı CES texnologiyalı şousunda baş tutacaq.

Məlumata əsasən, yeni qurğu növbəti ildə qabaqcıl modellər üçün etalon olacaq «Qualcomm Snapdragon 845» prosessoru və ya «Samsung Exynos 9810» çipi əsasında işləyəcək.

Proqram platforması qismində isə «UI Experience 9.0» interfeysli «Android 8.0 Oreo» əməliyyat sistemindən istifadə planlaşdırılır. Şirkətin operativ yaddaş tutumunu artırmayaraq, onu 4 qiqabayt səviyyəsində saxlayacağı gözlənilir.

«Infinity Display» ekranı ilə təchiz ediləcək hər iki qurğunun tərəflərinin nisbəti 18,5:9, təsvir ölçüsü 2960×1440 piksel təşkil edəcək.