Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
23:12 | 15 dekabr 2017 | Cümə
Məqaləyə 3181 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Bu günlərdə «Var-dövlət və gəlirlər haqqında ümumdünya məlumatlar bazası» təşkilatı (WID.world) çərçivəsində birləşən və dünyanın bütün ölkələrindən yüzlərlə iqtisadçının birgə əməyi sayəsində gəlirlərin qeyri-bərabərliyi ilə əlaqədar xüsusi məruzə dərc olunub.
Fransanın «Le Monde» qəzetində Mari Mişel, Mari de Verjes və Filip Eskandın həmmüəlliflik etdikləri məqalə bu məruzə ilə bağlıdır. Söhbət uzun bir müddəti (1980-2016) əhatə edən və 70-ə yaxın ölkədə gəlirlərin vəziyyəti ilə əlaqədar olduqca həssaslıqla hazırlanan hesabatdan gedir.
Məqalədə «WID» iqtisadçıları tərəfindən əsas bu aspektlərin araşdırıldığı bildirilir:
Dünyanın hər yerində gəlirlərdə qeyri-bərabərlik həddindən artıq güclənib...
Məruzədə yazılıb ki, keçən əsrin 80-ci illərindən etibarən dünyanın ən varlı insanlarının 1 faizi gəlirlərin 27 faizinə yiyələnib. Planetimizin 50 faizlik ən kasıb insanları ümumilikdə əldə etdiyi gəlirlər heç 12 faizi keçmir. Kasıblarla bağlı göstəricilər hələ Çindəki iqtisadi yüksəlişə görə artıb.
Qərbin orta gəlirli təbəqəsinə gəlincə, onların gəlirlərində durğunluq, hətta azalma müşahidə olunub.
Əmlak sahibliyində dəhşətli uçurum gözə çarpır....
Qeyri-bərabərlik yalnız gəlirlə ölçülə bilməz. Bu, insanların sahib olduğu əmlak vəziyyətindən də asılıdır. Bunlara daşınmaz əmlak, maliyyə aktivləri, müəssisələrdə payın miqdarı və s. daxildir. Bütün dünyada əmlak qeyri-bərabərliyi XX əsrin göstəricilərindən bu yana 20-30 faiz daha da artıb.
Lakin məlum 1 faizin göstəriciləri yalnız müsbətə doğru dəyişib. Məsələn, ABŞ-n «1 faiz»-i 1980-ci ildə 22 faiz ev təsərrüfatına sahib idisə, indi bu rəqəm 39 faizə qalxıb. Yəni ölkədəki ev təsərrüfatlarının 39 faizi cüzi bir qismin əlindədir.
Müxtəlif ölkələrdə müxtəlif göstəricilər
Mənzərə dünyanın müxtəlif bölgələrində daha ziddiyyətli görünür.
Məsələn, Avropanın 10 faizlik ən yüksək gəlirli insanların payına milli gəlirin 37 faizi düşüb. Bu, Çində 47 faiz, Şimali Amerikada 47 faiz, Hindistan və Braziliyada 55 faiz olaraq müəyyən olunub.
Məruzə müəlliflərinin fikrincə, bu «dövlət təsisatlarının və siyasətçilərin belə bir mənfi tendensiyada nə dərəcədə böyük rol oynadığını göstərir. (Demokratik ölkələrdə proses daha az sürətlə cərəyan edir).
Dövlət sərvərlərinin kütləvi surətdə özəl sektora keçməsi
1930-cu illərdə dövlətin xalis aktivləri (yaşayış binaları, torpaq sahələri, dövlət müəssisələrində paylar, dövlət borcundan çıxılmalar) inkişaf edən iqtisadiyyata malik olan ölkələrdə 40 faizini təşkil edirmiş. Hər şey 1970-ci illərdən sonra özəlləşdirmə və dövlət istiqrazlarının artırılmasından sonra dəyişib.
İndi ABŞ və Böyük Britaniyada dövlətin əlində yuxarıda sadalananlardan heç nə qalmayıb. Fransa, Almaniya və Yaponiyada isə özəl sektor dövləti bir çox sahələrdə üstələməkdədir. Keçən əsrin 80-ci illərində dövlət aktivlərinin 60-70 faizinin təşkil etdiyi Rusiya və Çində dövlətin payının 20-30 faizə düşdüyü təsbit edilib.
Avropa sosial modellə müdafiə olunur
Məruzədə Avropada «1 faizlə» (ən yüksək gəlirli) «50 faiz» (ən kasıb) arasında uçurumun dərin olmadığı vurğulanır. II Dünya müharibəsindən sonra bir çox Avropa dövlətlərində gəlirlərin ədalətli şəkildə bölünməsi, vergi yükünün zənginlər üzərinə daha çox artırılması, maaşların verilməsində düşgün siyasət yürüdülməsi, bərabər imkanlarla insanlara təhsil verilməsi sayəsində normal sosial model yaradılıb.
Rusiyada «dəmir pərdə» varlılar üçün qalxıb
Rusiyada 1989-cu ildən sonra əmtəə və xidmət bazarındakı liberallaşma, kütləvi özəlləşdirmə və inflyasiyanın ölkədə əhali arasındakı gəlirlərdə mənfi yöndən transformasiyasına gətirib çıxarıb.
Bunun sayəsində əhalinin orta gəlirləri kəskin şəkildə düşüb, oliqarxlar ölkə sərvətlərinin böyük qisminə yiyələnib, qısa müddətli xidmət məşğuliyyəti isə olduqca inkişaf edib.
Ölkədə kasıb insanların milli gəlirdəki payı 1989-cu ildən bu yana 30 faizdən 20 faizə qədər enib. Rusiyanın «1 faiz» zəngin insanlarının payı isə birdən-birə 45 faizə qədər yüksəlib. Bu tendensiya dərinləşməkdə davam edir və dəyişmək fikri də yoxdur.
Ümumiyyətlə, məruzə müəllifləri dövlətlərin bu dəhşətli gedişata dərhal müdaxilə etməyə çağırırlar. Çünki əks təqdirdə belə gedişlə 2050-ci ildə dünyanın 0,1 faiz ən zəngin insanları bütün orta sinfin gəlirinə bərabər sərvət payına sahib olacaqlar.
«Lakin Avropadakı mötədil yol tətbiq olunsa qeyri-bərabərlik azala da bilər», - məqalənin sonunda bildirilir.