
«Sumqayıt»ın tək ağası
Abasovun klubu avrokuboklara doğru inamla irəliləyir
Abasovun klubu avrokuboklara doğru inamla irəliləyir
Tapşırıq verəni, məsləhət görəni, sifariş edəni kimdir?
«Zirə» «Səbail» oyunu «bərəkətli» oldu
Qonşunu milliləşdirməklə milli olmur
«Zirə»nin baş məşqçisi: «Futbolçularla bu barədə söhbət edəcəm»
İxtisarlar, bahalaşma, bankların bağlanması…
Məmurlar göstəriş xətrinə «NAZ-Lifan» alırlar
Elman Rüstəmov daha beş il ölkənin bank sisteminə rəhbərlik edəcək
Mərkəzi Bankdan çoxdan bəri gözlənilən addım
«Lombardlarda girovların qiymətləndirilməsi real dəyərindən çox aşağı olur»
Vergilər Nazirliyindən məhdudiyyətlər - VÖEN-i olmayan fiziki şəxslər lizinqlə avtomobil ala bilməz
Bankların regionlardakı və paytaxtdakı bəzi filialları bağlanır; ixtisaslı kadrlar işsizlər ordusuna qoşulur
«Kreditlə avtomobil alanların rəsmi gəlirləri ilə götürdükləri borc arasında uçurum var»
İtki gömrük rüsumlarına da təsir göstərəcək
Kredit şərtlərinin ağırlaşdırılması əhaliyə və banklara ziyan vuracaq
«Səbail»in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XVIII turunda «Kəpəz»ə səfərdə 1:2 hesabı ilə yenildikləri matçdan sonra mətbuat konfransı keçirib. O, rəqibin ədalətli qələbə qazandığını bildirib.
- «Qəbələ» üzərində qələbədən sonra komandamızda heç bir eyforiya yox idi. Onda rəqib bizdən yaxşı oynamışdı. Bizim isə bəxtimiz gətirmişdi. «Kəpəz» bu gün qələbəni daha çox istəyirdi və onu layiqli qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm və uğurlar arzulayıram. Xeyli səhvimiz oldu. Onlar üzərində işləməliyik.
- Səhvlər deyəndə, əsas nəyi nəzərdə tutursunuz?
- Taktiki səhvlərdən söhbət gedir. Belə götürəndə, çox qol vəziyyəti yaratmadıq.
- Buraxdığınız qolları necə şərh edərsiniz?
- Biri penaltidən oldu, digəri uzaq məsafədən zərbədən. Qollara baxıb təhlil etməyimiz lazımdı. Yolumuza davam edəcəyik. Məqsədimiz məlumdur. Komanda formalaşdırmaq, layiqli mübarizə aparmaq istəyirik. Bu oyunu unudub, səhvlərimizi təhlil etməli, növbəti matçlara daha yaxşı hazırlaşmalı, oynamalıyıq.
- Sizi «texniki zona»da çılğın görmüşük. Ancaq bu oyunda belə deyildiniz. Xüsusilə də ikinci hissədə qol buraxdıqdan sonra...
- Razıyam, əvvəlki kimi çılğın deyildim. İstəyirəm ki, bir az sakit olum, çılğınlığımı azaldım ki, futbolçular da sərbəst oynasınlar.
- Ancaq bu oyun göstərdi ki, futbolçular sərbəst çıxış edəndə, belə nəticə olur...
- Nə etməliyəm ki? Gərək bütün oyunu qışqırım? Futbolçularımıza oynamaq üçün sərbəstlik vermək lazımdı. Sadəcə, 2-ci qolu buraxdıqdan sonra özümdə ruh düşkünlüyü yarandı ki, bu da rol oynadı.