vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
«Simurq» «Topaz»ı tanımır? 08:39 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2086 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Simurq» «Topaz»ı tanımır?

Zaqatala klubundan Premyer Liqanın sponsoruna hörmətsizlik

MÖVZU İLƏ ƏLAQƏLİ

2012-ci ilin sentyabr ayında Peşəkar Futbol Liqası və «Azərinteltek» şirkəti arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğu barədə müqavilə imzalanmışdı. Futbolinfo.az xəbər verir ki, həmin gündən etibarən futbol üzrə milli çempionatımız Topaz Premyer Liqası adlandırıldı.

Bu hadisənin üstündən xeyli müddət keçməsinə baxmayaraq, «Simurq» çempionatımızın «Topaz Premyer Liqası» adlandırılmasını deyəsən, həzm edə bilmir. Belə ki, «sarı-qaralar»ın oynadığı Zaqatala Şəhər Stadionunun konfrans zalını hələ də «Unibank»ın reklamları bəzəyir. Sizə təqdim etdiyimiz bu foto Topaz Premyer Liqasının 21-ci turunun «Simurq» - «İnter» oyunundan sonrakı mətbuat konfransı zamanı çəkilib. Zaqatala təmsilçinin çempionatın əvvəlki sponsoru olan bankın reklamlarını hələ də mətbuat konfransından yığışdırmamasının səbəbi çox maraqlıdır.