
150 min avroya alıcısı var
Ciblərinizi yoxlayın, ən bahalı əkiz əskinaslar sizdə də ola bilər
Ciblərinizi yoxlayın, ən bahalı əkiz əskinaslar sizdə də ola bilər
Zəif iqtisadiyyat qlobal bazarlarda istiqrazları sıxır
Qızıl uduzmağı qəbul etmir
Gümüşün və palladiumun da qiymətlərində düşüş var
Hər hansı gərginlik qiymətli metalı rekord həddə çatdıra bilər
Dollar bahalaşıb, avro, frank və yen düşüb
Neft ABŞ-Çin danışıqlarından sonra tarazlıq axtarır
Bazarın faiz endirimi gözləntiləri iyuna qaldı
Ticarət danışıqları qara qızılı dəyərləndirir
Nefti qiymətlərini qaldıran səbəb qiymətli metalı düşürür
Qiymətli metal Çindən artan tələblə bahalaşmaqda davam edir
Qiymətlər 4 ilin minimumunda çox qalmadı
Yüksək idxal valyuta tələbi də yaradır
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
Fond indekslərinin dəyərinin artması valyutalara da təsir edib
Qızıl sabah və birisi günkü iclas ərəfəsində bahalaşıb
“InvestAZ” İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Avro
Dünya valyuta birjalarında avro 1.1830$-a kimi də bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Hal-hazırda 1.1800 dolların altında ticarət edilən EUR/USD məzənnəsi 1.1750 dolları da aşağı istiqamətdə qırarsa, 1.1700 və 1.1670 dollara kimi də ucuzlaşa bilər.
Eyni zamanda, çərşənbə axşamı Bakı vaxtı ilə saat 16:30, çərşənbə günü saat 22:00, cümə axşamı saat 15:45 və cümə günü saat 13:00-da müvafiq olaraq açıqlanacaq ABŞ-dan inflyasiya, Amerika Mərkəzi Bankının faiz qərarı, Avropa Mərkəzi Bankının faiz qərarı və Avrozonada inflyasiya göstəriciləri fonunda bu həftə güclü hərəkətlilik gözlənilir.
Funt-sterlinq
Funt-sterlinq/dollar (GBP/USD) məzənnəsi də ucuzlaşır. Təhlillərə əsasən, hal-hazırda 1.34 dollara ticarət edilən GBP/USD məzənnəsi 1.3380 dolları da aşağı istiqamətdə qırarsa, 1.3300 dollara kimi də dəyər itirə bilər.
Çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq saat 12:30-da dərc ediləcək İngiltərənin əmək bazarı və inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.
Türk lirəsi
Türkiyə bazarlarında dollar 4.68TL-ə kimi bahalaşdıqdan sonra 4.45TL-ə kimi ucuzlaşıb və 4.38 və 4.33TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Ramazan bayramı ilə əlaqədar olaraq cümə axşamı və cümə günləri Türkiyə maliyyə bazarları işləməsə də dünya birjalarında dollar/lirə məzənnəsində də bu həftə güclü hərəkətlilik müşahidə edilə bilər.
Neft
Enerji bazarlarında isə 76.00 dollara ticarət edilən “Brent” nefti qiymətinin texniki analizlərə əsasən, 75.24 dolları da aşağı istiqamətdə qırılarsa, eniş dalğası 73.80 dollara kimi sürətlənə bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
Qızıl
Əlvan metallar bazarlarında qızılın gələcək qiymət tendensiyası fonunda qeyri-müəyyənlik müşahidə edilir. Bir unsiya üzrə qiymət artıq təqribən bir aydır 1290 (41.4 $/qram) və 1305$ (41.9 $/qram) aralığında dalğalanmaqdadır. Lakin təhlillərə əsasən, ABŞ-da inflyasiya yenidən güclənərsə, bu, qızıl qiymətlərinin də 1315 dollara (42.2 dollar/qram) kimi dəyər qazanmasına səbəb ola bilər. Bunun üçün isə 1305$-ın yuxarı istiqamətdə qırılmasını gözləmək lazımdır.
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.