vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
“Yüksək məharətlə həyata keçirildi” 12:34 | 26 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 1181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yüksək məharətlə həyata keçirildi”

Prezident “Günnüt” əməliyyatından danışdı

“Dost ölkələrlə səmərəli əlaqələr sayəsində biz dünyanın ən müasir silahlarını əldə etmişik və bu proses davam etdiriləcək”.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.

O bildirib ki, Azərbaycan bundan sonra da ən müasir silah və texnikalar alacaq: “Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var”. (Report)

 

***

 

“Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş  11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi”.

Bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş komandan qeyd edib ki, Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq göstərib: “Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik.

2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var”.