vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
Həmsədrlərin dəyişdirilməsi yaxşı oldu 16:18 | 26 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 1283 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həmsədrlərin dəyişdirilməsi yaxşı oldu

Uzunmüddətli sədrlik tədricən pis alışqanlıq yaranır

Elxan ŞAHİNOĞLU

Bir necə gün əvvəl Rusiyanın baş naziri Dmitri Medvedevin sərəncamı ilə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri vəzifəsinə təyin edilidi. Oreşkinə qədər bu vəzifədə baş nazirin keçmiş müavini Dmitri Roqozin çalışırdı. Ancaq Roqozin artıq başqa vəzifədədir, o “Roskosmosun” rəhbəri təyin edilib. Moskvadakı təyinatdan 3 gün sonra prezident İlham Əliyev də Azərbaycan tərəfdən hökumətlərarası komissiyasının həmsədrini dəyişdi. Rusiyada yeni həmsədr inkişaf naziri olduğundan Azərbaycanın da yeni həmsədri iqtisadiyyat naziri təyin olundu. Buna qədər Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri baş nazirin birinci müavini Yaqub Əyyubov idi.

Roqozin bu illərdə Azərbaycanla sıx əlaqələr qurmuşdu. Azərbaycan məhz Roqozinlə əməkdaşlıq sayəsində Rusiyadan milyardlarla dollar həcmində silah və hərbi texnika aldı. Ancaq Roqozinin Oreşkinlə əvəzlənməsi də pis deyil. Onsuz da Rusiyadan hansı silah və hərbi texnikanı almaq mümkün idisə alındı, indi əməkdaşlığı iqtisadi müstəviyə keçirmək lazımdır. Biz tərəfdən Yaqub Əyyubovun dəyişdirilməsi də yaxşı oldu. Bir nazir uzun müddət hansı ölkə ilə əməkdaşlıq komissiyasına başçılıq edirsə, tədricən pis alışqanlıq yaranır - həmin dövlətin də maraqları ilə hesablaşmağa və nəzərə almağa başlayır…