Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
19:32 | 2 fevral 2019 | Şənbə
Məqaləyə 2121 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Psixoloji səbəblər və elmi baxış
Hökumət əleyhinə aksiyalarda iki nəfər öldürüldü
Mərakeşdə son illərin ən böyük etirazlarına “Z” nəsli damğa vurdu
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kenya hökuməti şimal ağ kərgədanlarını 24 saat silahlı qoruma altında saxlayır
Yağışın azalması və yüksək temperatur planeti yaşanmaz hala gətirəcək
Bununla belə Pekinin ixrac payı Vaşinqtondan iki dəfə azdır
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
Hər şey mobil telefondan elektron cihazlara qədər bu mədənə bağlıdır
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Ötən gün Afrika ölkəsi Kabo-Verdedə 11 rusiyalı dənizçinin saxlanıldığı haqda informasiyalar yayılıb. Rusiya KİV-ləri bu ölkənin Kabo-Verdedəki səfirliyinə istinadən bildiriblər ki, onları narkotik qaçaqmalçılığında şübhəli bilirlər. Belə ki, heyət üzvləri rusiyalılardan ibarət olan ESER yük gəmisində 10 tona yaxın heroin aşkarlanıb. Gəmi heyəti tutulub, gəmi özü isə Praya limanında saxlanılır.
Rusiya səfirliyindən bildiriblər ki, yerli istintaq orqanları ilə əlaqə saxlayırlar və tutulanlarla da əlaqə yaradıblar. “İnformasiyaların təfərrüatlarını gözləyirik. Hadisəni izləyirik”, - səfirlikdən bildiriblər.
Məlumata görə Panama bayrağı altında üzən gəmi Panamadan Mərakeşə doğru yola çıxıb. Lakin məlum olmayan səbəblərdən heyət üzvlərindən biri gəmidə həlak olub və gəmi Kabo-Verde limanına yan almalı olub.
Bu gün Kabo-Verde polisi ESER gəmisinin göyərtəsindən çəkilmiş kadrları yayıb. Məlumata görə polislər 10 tona yaxın ağırlığında, 260 iri bağlama aşkar ediblər. Onların içərisində ağ toz olub, analizlər həmin maddənin kokain olduğunu təsdiqləyib.
Gəminin hansı şirkətə məxsus olduğu və yükün kimin üçün nəzərdə tutulduğu məlum deyil. Ehtimal ki, 10 ton kokain Mərakeşə sonradan Avropaya daşınmaq üçün aparılırdı.
Gəmiçilik üzrə ixtisaslaşmış internet mənbələrində göstərilir ki, ESER gəmisi 3 min ton yük tutumuna malikdir, 1985-ci ildə inşa edilib. Və “Gemiciler denizcilik nakliyat” adlı şirkət tərəfindən işlədilir.