Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:20 | 31 mart 2022 | Cümə axşamı
Məqaləyə 869 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Dünyanın gündəmi Ukrayna olsa da, Əfqanıstan mövzusuna da diqqət var. Ötən il ABŞ qoşunlarının paytaxt Kabili tərk etməsiylə Taliban paytaxtı ələ keçirtdi. Bundan sonra Taliban Əfqanıstanın tamamında sərt qaydaralarını tətbiq etməyə başladı. Taliban qruplaşmasının rəhbərliyi beynəlxalq aləmə söz verirdi ki, rəqiblərindən intiqam almayacaq, qadınlara təhsil haqqı tanıyacaq və ən başlıcası qonşu ölkələrə təhlükə yaratmayacaq. Ancaq qruplaşmanın verdiyi vədləri yerinə yetirdiyini söyləmək çətindir. Qruplaşmanın müxtəlif üzvləri rəqiblərinin bir hissəsindən intiqam da aldılar, qadınların haqları pozulmaqda davam edir, Əfqanıstana qonşu olan dövlətlər təhlükədən tam sığortalanmayıblar.
Çinin paytaxtı Pekində Əfqanıstana qonşu olan ölkələrin xarici işlər nazirlərinin başçılarının iki günlük konfransı öz işinə başlayıb. Toplantıya Çinlə yanaşı Rusiya, Pakistan, İran və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri qatılıblar. Əfqanıstandakı mövcud durum ən çox Tacikistanı narahat edir. Çünki Əfqanıstan ərazisindən ən böyük təhlükə Tacikistanadır. Talibanın qonşu Tacikistana münasibəti sərtdir. Taliban rəhbərliyi hesab edir ki, ona qarşı olan silahlı qruplara əsas maliyyə və hərbi dəstək məhz Tacikistan ərazisindən çatdırılır. Həqiqətən tacik əsilli Əhməd Şah Məsudun oğlu Əhməd Məsud Talibana qarşı mübarizəsini davam etdirir. Özbək əsilli Rəşid Dustum rəhbərliyi altındakı silahlı qruplar da Talibana qarşı fəallıqlarını artırıblar. Bu səbəbdən Taliban qruplaşması Tacikistanı hədə siyasətinə üstünlük verir.
Talibanın maliyyəyə ehtiyacı var. Əfqanıstanda aclıq və səfalət hökm sürür. Ancaq böyük dövlətlər Əfqanıstana maliyyə ayırmağa həvəsli deyillər. Kremlin mövqeyi belədir ki, Əfqanıstanı dağıdan ABŞ bu dövlətin maliyyə məsələlərinin həllində önəmli rol oynamalıdır. ABŞ nəinki Əfqanıstana maliyyə yardımı ayırmır, Əfqanıstana aid olan bank hesablarını dondurub. Ümumdünya Bankı Əfqanıstandakı layihələrə 600 milyon dollar ayırmalı idi. Ancaq Talibanın qızların təhsil almasıyla bağlı maneələrin tam aradan qaldırmamasına görə layihələrin maliyyələşdirməsini həyata keçirməyib.
Çin Talibana maliyyə yardımı etməsə də, Əfqanıstandakı layihələrə maraq göstərir. Əfqanıstan yeraltı resurslara malikdir, sadəcə bundan yararlana bilmir. Çin həmin resurslardan faydalanmaq istəyir. Talibandan nümayəndə heyəti növbəti dəfə Pekində görüşlər həyata keçirib. Talibanın Çinin dəstəyinə böyük ümidi var.
Pekində olmasından istifadə edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vang Yi ilə də ayrıca görüşüb. Nazirlər iki ölkə arasındakı əməkdaşlığın hazırkı durumu və Ukraynanı müzakirə ediblər. Kreml Ukrayna məsələsində Pekini daha çox öz tərəfinə çəkməyə çalışır. Pekin Rusiyaya qarşı Qərbin sanksiyalarının əleyhinədir. Ancaq Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə dəstək də vermir.