vaxtlı-vaxtında oxuyun! Cümə, 26 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
Ötən 4 ilə baxış 12:07 | 12 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ötən 4 ilə baxış

İqtisadi konturlar gələcək üçün daha müsbət düşünməyə imkan verir

Eldəniz ƏMİROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənab Prezidentin 2018-ci ildə növbəti dəfə ölkə başçısı seçilməsindən bu gün 4 il keçir.

Keçən 4 ilin iqtisadi dinamikasının yaratdığı mənzərə belədir:

Dövlət büdcəsinin gəlirləri 4,7 milyard manat artaraq 22,1 milyard manatdan 26,8 milyard manata yüksəlib.

Minimum əmək haqqı 170 manat və ya 130 faiz yüksələrək, 130 manatdan 300 manata çatıb.

Minimum pensiya 130 manat və ya 120 faiz artaraq 110 manatdan 240 manata çatıb

ÜDM  22,7 milyard manat  və ya 31 faiz artaraq 70,1 milyard manatdan 92,8 milyard manata yüksəlib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2095 manat artaraq, 7205 manatdan 9270 manata yüksəlib.

ÜDM-də qeyri-neft sektorunun payı 2 faiz artaraq 62 faizdən 64 faizə çatıb.

Ən yüksək artım 2021-ci ildə qeyri-neft artımı - 20 faiz və qeyri-neft ixracı 47,2 faiz artması ilə müşahidə edilib.

Ürək açmayan tərəf isə prioritet sahə olan kənd təsərrüfatının ÜDM-də olan payının artım tempinin çox zəif olmasıdır. 

Belə ki, 2017-ci ilin ÜDM istehsalında 5,6 faizlik pay (4 il sonra) 2021-ci ildə cəmi 5,9 faizə çatıb. Prioritet  müəyyənləşdirilmiş bir sahə üçün 4 il ərzində cəmi 0.3 faiz bənd artımı kifayət deyil. Amma 2025-ci ilədək ÜDM-də qeyri-neft sektorunun payının 72,9 faizə çatdırılması planlaşdırılması, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının yaradacağı imkanlar və s. iqtisadi konturlar gələcək üçün daha müsbət düşünməyə imkan verir.