
Bəylər Əyyubov vəzifədən azad edildi
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Dünən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilin maraqlı və çox detallı bir müşavirə izlədik.
Müşavirədən bir neçə məqam məlum oldu ki, bunlardan da birincisi işğaldan azad edilmiş ərazilərimizin (İAƏ) bərpasına ayrılan vəsaitin indiyə qədər cəmi 13,6 faizin xərclənməsidir. Belə ki, sözügedən işlər üçün 2022-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat ayrılsa da hələ ki, cəmi 300 milyon xərclənib.
Ayrılmış vəsaitin 86,4 faizi xərclənməsə də, cənab prezidentin bu ilin sonuna qədər görülməli işlərlə bağlı müşavirədə səsləndirdiyi tapşırıqların siyahısı da qısa deyildi. Adətən bütün müşavirələri diqqətlə izləyirəm, amma heç bir müşavirədə tapşırıqlar siyahısı dünənki qədər böyük olmamışdı.
Belə ki, ölkə başçısı ilk növbədə Kəlbəcər və Laçında Gücü 27 meqavata bərabər olacaq 5 elektrik stansiyanın işə salınmasını, daha sonra bu məsələyə sahibkarların cəlb edilməsini, lazım gələrsə onlara potensiallarla bağlı təqdimatların keçirilməsini tapşırdı.
Daha sonra minalardan təmizlənmə işlərinin sürətləndirərək, əkin sahələrinin genişləndirlməsini, həmin ərazilərdəki şəhərlərin baş planlarının hazırlanmasını, onlarla iri yol çəkilişi layihələrinin tamamlanmasını, bəlli sayda məktəb və xəstəxana tikintilərini və digər çoxsaylı göstəriş və tapşırıqlarını verdi.
Prezident o qədər tam ardıcıllıqla və aydın şəkildə mövcud mənzərəni ifadə edib növbəti tapşırıqları sadalayırdı ki, hər prosesdə şəxsən iştirakçı olduğu, hər layihə ilə davamlı maraqlandığı aydın olurdu. Həqiqətin İAƏ-də ərzaqlıq buğdanın əkin sahələrini genişləndirilməsinə böyük ehtiyac var. Ümumi buğda ehtiyacımızın 60 faizini ödəyə bilsək də ərzaqlıq buğdanın 20-25 faizini qarşılaya bilirik. İndi ən böyük ümid həmin ərazilərədir.
BP ilə bərabər Cəbrayılda Günəş Elektrik Stansiyasının yaradılması işlərinin aparılması, Xudafərin SES-də işlərin sürətləndirlməsi, Cəbrayildan Zəngilana elektrik xətləri çəkilməsi və sonra Zəngilandan İran vasitəsilə Naxçıvana bu xətlərin uzadılması bu torpaqların iqtisadi inkişafı üçün təməl zərurətlərdir.
O ki qaldı, 2022-ci ilin I rübünün göstəricilərinə, bu ilin 3 ayında idxal 17 faiz azalmış, ixrac 50 faizədək (qeyri-neft ixracı 10 faiz) artmışdı. Beləcə, ticarət dövriyyəsinin ümumi həcmi nəticədə 15 faiz yüksəlmiş, ticarət dövriyyəsində müsbət saldo 1 milyard dollara çatmışdır.