Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
13:17 | 14 aprel 2022 | Cümə axşamı
Məqaləyə 1199 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya qazı üçün Moskvanın tələbi ilə rublla ödəniş etmək sanksiyaların pozulması hesab olunacaq. Avropa Komissiyası Avropa İttifaqı üzvlərinə belə bir xəbərdarlıq edib. “Bloomberg” bu haqda mənbəyə istinadla xəbər verir.
Komissiyanın ilkin hüquqi təhlilinə görə, Prezident Vladimir Putinin sərəncamı proseduru mahiyyətcə dəyişir və yeni hüquqi vəziyyət yaradır. Agentliyin həmsöhbəti deyib ki, yeni prosedur tranzaksiyalara tam nəzarəti Rusiya dövlətinə verəcək. Bundan başqa Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri pozulmuş olacaq, komissiya belə hesab edir.
Putinin martın 31-də imzaladığı sərəncam “qeyri-dost” ölkələrə təbii qazı rublla satmağı nəzərdə tutur. Sənədə görə, Rusiya qazının alıcıları aprelin 1-dən qaz üçün ödənişlərdən ötrü Rusiya banklarında rubl hesabı açmalıdırlar. Kreml həmçinin “başqa şərtlər irəli sürülərsə”, qərarı dəyişə biləcəyini istisna etməyib.
***
Aİ liderləri dəfələrlə bəyan ediblər ki, Rusiya qazı üçün ödənişi rublla etməyə qarşıdırlar.
Avropa Komissiyasının başçısı Ursula von der Leyen Rusiyanın bu qərarını Qərbin sanksiyalarından yayınma cəhdi adlandırıb. O, komissiyanın buna imkan verməyəcəyini deyib. “Bizi enerji daşıyıcıları ilə şantaj etməyin vaxtı bitib”, – o vurğulayıb.
Aİ istehlak etdiyi qazın 40 faizə qədərini Rusiyadan alır. Avropa Komissiyasının dəyərləndirməsinə görə, bu həcmi tezliklə əvəzləmək mümkün deyil – təchizatın kəsilməsi yanacaq qıtlığına səbəb olar.
Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayıb. Qərb buna görə Moskvaya sərt sanksiyalar tətbiq edib.