vaxtlı-vaxtında oxuyun! Cümə, 26 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
“Böyük saziş”in ayaq səsləri 09:36 | 15 aprel 2022 | Cümə Məqaləyə 627 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Böyük saziş”in ayaq səsləri

Sülh müqaviləsi Avropa İttifaqı və Moskvanın müzakirə masasındadır

Xəqani SƏFƏROĞLU

Paşinyanın açıqlamaları və Xankəndində separatçı güruhun hay-küyü göstərir ki, sülh sazişinə hazırlıq gedir.

Minsk Qrupunun Fransadan olan həmsədrinin bu gün İrəvana gəlməsi, Rusiyalı həmsədrin Ermənistan-Azərbaycan üzrə xüsusi nümayəndə təyin olunması ciddi mesajdır. Belə məlum olur ki, sülh müqaviləsi Avropa İttifaqı və Moskvanın müzakirə masasındadır. 

Danışıqlar gedir. 

Bakı Qarabağla bağlı bir addım geri çəkilməyəcəyini artıq bəyan edib. Prezident İlham Əliyev son müşavirədə çıxışında bunu bir daha açıqladı. 

Paşinyan isə `yeni “Qarabağ masası” qurmaq və bunun Moskvanın deyil, Qərbin patronajlığı altında olmasına can atır. 

Avropa İttifaqı bölgədə çox mühüm geopolitik logistik savaşlarının vüsət aldığı bir zamanda İrəvandan Azərbaycanın ərazi bütövlüyünün tanınmasını tələb edir. Bu baş verərsə Bakının İrəvanla ikitərəfli, birbaşa əlaqələrinin yaranması deməkdir. Bu yeni vəziyyət mürəkkəb diplomatik gedişlər üçün səbir və iradə tələb edəcək. 

Moskva bunun baş verəcəyi təqdirdə sülh sazişində “əsas skripka” olmasına rəvac verən sülhməramlı kontingent üçün status istəyə bilər. 

Dağılmış Minsk Qrupunun xarabalıqları altından yeni danışıqlar platforması çıxır. Brüssel hansı şərtləri təklif edib? Moskva sülh müqaviləsini necə görür? Sülhməramlıların statusu ilə bağlı dəyişiklik gözlənilirmi? 

Ukrayna böhranına başı qarışmış ABŞ-ın Cənubi Qafqaz üçün hansı yeni prioritetləri var? 

Bütün bunlar yəqin ki, qarşıda gözlənilən böyük proses zamanı məlum olacaq.  

“Böyük Sülh Sazişi”nin ayaq səsləri gəlir.