vaxtlı-vaxtında oxuyun! Cümə, 26 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
Bakı vəziyyətə təsir edə bilər 00:20 | 17 aprel 2022 | Bazar Məqaləyə 559 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı vəziyyətə təsir edə bilər

Rusiyanın açıqlamaları manipulyasiyadır

Asif NƏRİMANLI

Rusiya Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyib, əvvəlki mövqelərə qaytarılması üçün iş aparılır” açıqlaması, ardınca separatçıların “Azərbaycan Ordusu əvvəlki mövqelərinə qaytarıldı” məlumatı manipulyasiyaya bənzəyir. ruslara bölgəyə “nəzarət etdiklərini” nümayiş etdirmək üçün nümunələr lazımdır.

Bu, həm də Qarabağdakı erməni əhalisinə hesablanıb. Fərrux məsələsi ilə erməni əhali arasında Rusiyanın “təhlükəsizliyin qarantı” imici zədələnib və onların bölgədən getmək istəklərini artırıb. Paşinyanın son açıqlamalarının ermənilərin getmək istəyinə xüsusilə təsir edəcəyi gözlənilir. Belə bir məqamda Rusiya prosesin nəzarətdən çıxmasına qarşı informasiya üzərindən “güc nümayişi” sərgiləyir. Fərruxdan sonra Rusiya MN-nin demək olar ki, hər gün “Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb” açıqlaması da bundan qaynaqlanır. 

Araik Arutyunyanın “yeni təhlükəsizlik sistemi rus sülhməramlıları ilə əməkdaşlıq çərçivəsində formalaşır, sülhməramlıların sayı artırılmalıdır” kimi açıqlamalarına da vəziyyəti nəzarətdə saxlamaq cəhdi kimi baxa bilərik.

Mövcud situasiya fonunda Bakının miqyasından asılı olmayaraq, istənilən həmləsi erməni əhalisinin əhval-ruhiyyəsinə və separatçıların, eləcə də rus sülhməramlıların vəziyyətə nəzarət imkanlarına təsir edə bilər.